Xaçmazda avtomobil piyadanı “havaya uçurdu” - VİDEO
29-05-2019 13:00
Baxış sayı:
5236

Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Hadisə mayın 28-i, şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Qəza zamanı 40-BS-246 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Yusifov Babək Yusif oğlunu vurub, daha sonra isə yol kənarında dayanan “Opel” markalı maşına çırpılıb. B.Yusifov xəstəxanaya yerləşdirilib.
Qəzanın görüntülərini təqdim edirik:/oxu.az