Xaçmazda meşə zolağında YANĞIN
30-08-2019 09:28
Baxış sayı:
7612

Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülmüşdür. FHN-dən Muxalifet.az-a verilən məlumata görə, yanğın nəticəsində 50 ha sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.