Xamneyi ABŞ-ın təzyiq strategiyasını açıqladı

Baxış sayı:
6181

İranın dini lideri Xamneyi ABŞ-ın təzyiq strategiyasını ifşa edib. ABŞ-lıların əsas hədəflərinə çatmaq üçün istifadə etdikləri bir strategiya və taktikaları olduğunu, qarşı tərəfi bezdirmək üçün təzyiq strategiyası tətbiq etdiklərini və o təzyiqi nəticəyə çatdırmaq üçün də müzakirə kartından faydalandıqlarını ifadə edən Xamneyi, "Müzakirə ABŞ-ın İran üzərindəki təzyiq strategiyasını tamamlama taktikasıdır. Buna qarşı mübarizə yolu da digər tərəfin üzərindəki sanksiyaları azaltmaq üçün əllərində olan təzyiq vasitələrini istifadə etməsidir. Lakin əgər qarşı tərəf müzakirə aldatmacasına uyar və 'mənim təzyiq vasitələrindən faydalanmağa ehtiyacım yoxdur' deyərsə, o zaman altındakı zəmin yox olacaq və bu da qəti məğlubiyyət deməkdir" deyə söyləyib.
Müxalifət.az