Xuan Quaydoya vəzifə tutmaq qadağan edildi
29-03-2019 15:56
Baxış sayı:
10999

Venesuela hakimiyyəti müxalifət lideri Xuan Quaydoya 15 il ərzində hökümətdə vəzifə tutmaq qadağan edib. Bu barədə ölkənin Baş Nəzarət İdarəsinin rəhbəri Elvis Amaroso bəyanat yayıb.
Lenta.ru xəbər verir ki, Quaydonun maliyyə deklarasiyasında aşkar olunan pozuntular səbəb kimi göstərilib. Quaydonun xərclərinin gəlirlərindən qat-qat artıq olduğu bildirilib.
Qeyd edək ki, müxalifət lideri Xuan Quaydobu ilin yanvarında ölkənin müvəqqəti prezidenti elan edilib.