Yanğından zərər çəkən sahibkarlarla bağlı İşçi Qrup yaradıldı

Baxış sayı:
25711

Martın 26-da “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi üçün prezidentin tapşırığına əsasən İqtisadiyyat Nazirliyində İşçi Qrupu yaradılıb.

Nazirlikdən bildirilib ki, işçi qrupu tərəfindən 29-31 mart tarixlərində yanğından zərər çəkmiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə onların hər biri ilə qabaqcadan müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul keçiriləcək.
Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.