Yanğınlarla bağlı iki qurumdan xəbərdarlıq

Baxış sayı:
10831

FHN rəhbəri və “Azərenerji” əhalini diqqətli olmağa çağırdı: “İnsanlar diqqətli olmalıdır”

Yay gələndən Bakıda ardıcıl yanğın hadisələri baş verir. Xüsusən son iki gündə belə hadisələr çoxalıb.

İyunun 22-də Qara Qarayev prospekti 35a ünvanında yerləşən hündürmərtəbəli binanın zirzəmisi, ayın 23-də həmin prospektdəki “X-Lady” mağazasının damı yanıb və tez bir zamanda söndürülüb.

İyunun 26-da Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci və 16-cı mərtəbələr arası şaxta boyunca kommunikasiya xətləri yanıb. Əsas güclü yanğın isə ayın 26-da Zığ şosesi yaxınlığında olub. İki fərdi yaşayış evinə zərər dəyib. 28 may küçəsində də binada yanğın olub, dərhal söndürülüb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Zığ yanğını ilə bağlı jurnalistlərə bildirib ki, ilkin versiyaya görə yanğın quru otdan başlayıb:

“Bir neçə evin dam örtüyünə zərər dəyib. Xəsarət alan, yaralanan yoxdur. Altı hektar boş ərazidir. Buranın çoxu özəl və baxılmayan ərazilərdir.

Nə vaxtsa alınıb, amma heç bir təhlükəsizlik, suvarma tədbirləri görülməyib. Yay aylarında quru otdan yanğınlar olur və bunu böyük faciə kimi qəbul etmək lazım deyil".

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq ile ilgili görsel sonucu

K.Heydərov əlavə edib ki, bu hadisənin səbəbləri araşdırılacaq: “Kameralarda yəqin ki, var. Əgər təxribat deyilsə, adi yanğın hadisəsidir. İnsanlar diqqətli olmalıdır”.

Nazir deyib ki, rayonlarda biçilmiş əraziləri yandırırlar: “Bunu etmək olmaz. Həmin yanğınlar sonradan biçilməmiş ərazilərə və meşələrə keçir. İnsanların özlərinə zərər gələ bilər. İnsanlar siqaret kötüyünü zibil qablarına atsınlar.  Hətta siqaret üçün xüsusi zibil qabları da var. Sadəcə, biz siqareti, zibili nəinki quru otlağa, heç yerə də atmamalıyıq. Hər kəs bir-birinə təmizlik barədə irad tutarsa, diqqətlə fikir verərlər”.

Əksər şərhçilər paytaxtda silsilə yanğınları bir-biri ilə əlaqələndirmirlər. Onlar hadisələri təsadüf və Azərbaycanda son 20 ilin rekord istisi ilə izah edirlər.

Bəzi ekspertlərin fikrincə, bazarlarda, mağazalarda yanğınların olmasında şübhəli nüanslar var və bunu daha çox merkantil maraqlar uğrunda mübarizə ilə şərh edirlər. Amma əsas amil hava şəraitidir.

Bu arada iyunun 27-də “Azərenerji” ASC xəbərdarlıq yayıb. Qurumdan bildirilib ki, xətlərin altında ocaq, otlaq və ya əkin sahəsini yandırmayın:

“Yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə məftillərdən hər iki tərəfə 110 kV-luq xətlərdə 20 metr, 220 kV-luq xətlərdə 25 metr, 330 və 500 kV xətlərdə 30 metr məsafədə tikinti aparmaq, əraziləri çəpərləyib hərəkəti məhdudlaşdırmaq, xətlərin altında yem, saman,  odun yığmaq, ocaq və ya tonqal qalamaq, tarla və zəmiləri, o cümlədən taxıl sahələrini biçindən sonra yandırmaq qanunla qadağandır”.

Ekoloq Telman Zeynalov ile ilgili görsel sonucu

Ekoloq Telman Zeynalov “Yeni Müsavat”a bildirdi ki, iki nazirlik xəbərdarlıq edibsə, buna əməl olunmalıdır: “Əks halda, otları yandıranlar cərimələnməlidir. Görürsən ki, kafe tikir, otları yandırır. Amma fikirləşmir ki, ondansa otları sula, ərazidə yaşıllıq yarat. Biz öyrənməmişik ki, şərait yaradaq, ancaq heç nə üstündə pul qazanmağı bilirik, ona görə də yandıra-yandıra gedirik. Bir yandan da külək yanğını alovlandırır. Ona görə həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Sadəcə, qanun işləmir. Milli Məclis addım atmalıdır”.

T.Zeynalov son günlərdə yanğınların artmasını isti hava şəraiti ilə əlaqələndirir: “Ot quruyur, götürüb yandırırlar, külək də qığılcım qaldırır. Amma bunu təkcə əhali eləmir. Göydən şüa ilə yandırırlar, qazlar göndərirlər, qığılcım əmələ gəlir. Qonşu Rusiyanı meteroloji silahlarla yandırırlar, onun bizə də iqtisadi ziyanı olur.  Bunun nəticəsi olur ki, Rusiyaya məhsul apara bilməyəsən. Məsələn, Avropa da yanır. Çünki Amerikanın siyasətini qəbul etmir.  İrəvana dolu və leysan yağış gəldi, 2 gün qabaq Gürcüstanda oldu. Bakıya isə yağış düşməyib. Bu da bizdə quraqlıq yaradır. Harada görünüb ki, gilas 7-8 manat olsun? Hamısı dünyadakı kommersiya oyunları ilə bağlıdır”.