Yaponiya: ABŞ dünya ticarətində XAOS YARADIR

Baxış sayı:
6394

ABŞ-ın hazırkı administrasiyasının ticarət sahəsində fəaliyyəti dünya bazarında xaosa səbəb ola bilər.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yaponiya hökumətinin katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, Vaşinqtonun məhdudiyyətləri Yaponiya-ABŞ iqtisadi əməkdaşlığına da təsir edəcək.
Qeyd edək ki, ABŞ bundan öncə Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və alüminiuma əlavə gömrük rüsumu tətbiq edib.