Yaponiyada sunami təhlükəsi: Əhali təxliyyə edilir

Baxış sayı:
6514

Yaponiyanın hakimiyyət orqanları 6,8 bal gücündə zəlzələdən sora ölkənin şimal hissəsinin sahilyanı rayonlarının sakinlərini təxliyə etməyə başlayıb. Məlumata görə, Yaponiyanın meteoroloji xidmətləri ölkənin şimal rayonlarında bir metr hündürlüyündə sunami təhlükəsi elan edib. Əhaliyə dəniz və çay sahillərinə yaxınlaşmamaq tövsiyə olunur. Zəlzələ nəticəsində xəsarət alanlar, yaxud dağıntılar olub-olmaması barədə hələlik məlumat verilmir.