Yasamalda AĞIR QƏZA: 3 qadın xəstəxanalıq oldu
14-06-2019 11:33
Baxış sayı:
9040

Yasamal rayonu ərazisində, avtomobil bazarının arxasında yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 qadın xəsarət alıb. Onlardan 19 və 40 yaşlı qadınlar qapalı kəllə beyin travması, digər 50 yaşlı qadın başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Hazırda müayinələri davam edir.