Yaxın Şərq YENİ BİR MÜHARİBƏYƏ “HAMİLƏDİR”

Baxış sayı:
6028

Günlərdir artan gərginlik fırtınaya çevrildi, Suriya torpaqlarından İsrailə atılan raketlərdən sonra Təl-Əviv rəhbərliyi şiddətli bir cavab tədbirlərilə cavab verdi. Rusiya İsrailin 28 hərbi təyyarəni havaya qaldırdığını və 70 raket atdığını açıqladı.Mərkəzi Londonda olan Suriya İnsan Haqları Təşkilatı, İsrail hücumlarında ən az 23 milisin öldüyünü bildirib. Bu səhər Holan Təpələrində çəkilən fotoşəkillər, yan-yana düzülmüş, İsrail tanklarını göstərir.
 
İsrail ordusu, Suriya torpaqlarında vurduğu hədəflərin yer aldığı bir xəritə dərc edib. İsrailin vurduğu yerlər arasında hərbi bazalar və bir silah anbarı da var. Rəsmi xəbər agentliyi “SANA”, cənubdakı Kuneytraya bağlı Baas şəhərinin artilleriya atışı ilə vurulduğunu bildirib. İran milislərinin atdığı raketlər, İsraildə həyəcan siqnalının çalınmasına səbəb olub.
Maraqlıdır ki, İran-İsrail arasında toqquşma, Trampın İranla nüvə müqaviləsindən çıxması qərarını açıqlamasından bir neçə saat sonar baş verib. İran İnqilab Mühafizəçilərinin komandir müavini, diplomatiyanın ölkəsinə kömək etməyəcəyini və tək yolun müqavimət olduğunu deyib.
ABŞ İsrailin yanında yer aldığını rəsmən açıqlayıb. Rusiya isə, İranla münasibətlərini daha da inkişaf etdirəcəyini bildirib. Fransa tərəflərə gərginliyin azaldılması üçün çağırış edib.
Müxalifət.az