​Yeni nazirdən DAHA BİR TƏYİNAT

Baxış sayı:
5527

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrolizinq ASC-yə daha bir sədr müavini təyin edilib.
Report.az xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.
O, bundan əvvəl Kapital Bank ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan Texnika Bank ASC-nin Audit Komitəsinin sədri, Bank of Azerbaijan ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.