Yeni Zelandiya terrorçusundan həyasız özünümüdafiə
14-06-2019 10:52
Baxış sayı:
8722

Yeni Zelandiyanın Christchurch şəhərində Nur və Linwood məscidlərində 51 adamı qətl etmək, 49 adamı yaralamaqda ittiham olunan Avstraliyalı və 28 yaşındakı terrorçu Brenton Tarrant məhkəməyə çıxarılıb.
Nur və Linwood məscidlərinə 15 mart 2019-da terror hücumları təşkil edərək aralarında qadın və uşaqların da olduğu 51 adamı öldürən, 49 adamı yaralayan terrorçu Tarrant Christchurch Yüksək Məhkəməsində hakim qarşısına çıxıb.
Məhkəməyə Auckland şəhərindəki yüksək təhlükəsizlikli Paremoremo həbsxanasından video əlaqəsiylə qatılan Tarrant, vəkilləri vasitəsilə ona yönəldilən 51 cinayət, 40 cinayətə təşəbbüs və terror hərəkətindən günahsız olduğunu iddia edib.
Müxalifət.az