Yeni Zelandiya terrorçusunun arxasındakı təşkilat bəlli oldu

Baxış sayı:
10324

 Avstriyanın baş naziri Sebastyan Kurz Yeni Zelandiya terrorçusuc Brenton Tarrantın arxasındakı təşkilatın “Kimlikçilər Hərəkatı" olduğunu açıqlayıb.
 
Sebastyan Kurz Yeni Zelandiyada 50 nəfəri qətlə yetirən təcavüzkar ilə Avstriyadakı "Kimlikçilər Hərəkatı" arasında maliyyə dəstək və əlaqə olduğunu bəyan edib.
Kurz Avstriyada ekstremizmin heç bir növünə yer olmadığını vurğulayaraq bunu yaymağa çalışan hər bir qrup və ya adamla qanunlar çərçivəsində mübarizə ediləcəyini söyləyib.
Kurz Yeni Zelandiyada iki məscidə terror hücumu təşkil edən Avstraliya əsilli terrorçuyla ifrat sağçı “Kimlikçilər Hərəkatı"nın sözçüsü Martin Sellnerin əlaqəsinin ortaya çıxarıldığını bildirərək "Yeni Zelandiyadakı hücumu təşkil edən adamla Avstriyadakı “Kimlikçilər Hərəkatı arasında maliyyə dəstək və əlaqə olduğu aşkar edilmişdir" deyib.
Əlaqənin ətraflı şəkildə araşdırılacağını qeyd edən Kurz, "Kimlikçilər Hərəkatı”nın bağlanılmasına dair daxili işlər və ədliyyə nazirləri ilə görüşdüm. Bu təşkilata qarşı hər iki nazirlik də bütün imkanlarını səfərbər edəcək" deyə söyləyib.
Müxalifət.az