Yerevanda ticarət mərkəzində silahlı insident - ÖLƏN VƏ YARALANAN VAR
3-06-2018 14:20
Baxış sayı:
1468

Ermənistanın paytaxtı Yerevanda fəaliyyət göstərən ticarət mərkəzlərindən birində bıçaqlanma olub, ölən və yaralanan var.
Bu barədə Ermənistan Polis İdarəsi məlumat yayıb.
DİN-in açıqlamasında bildirilir ki, insident “Qızıl Dünyası” ticarət mərkəzində baş verib. Mübahisə zamanı naməlum şəxs 40 yaşlı kişini bıçaqlayaraq qətlə yetirib, 33 yaşlı digər şəxsi isə yaralayıb.
“Şübhəli şəxsin kimliyini müəyyən etmək mümkün olub. Onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir”, - deyə məlumatda qeyd edilir.