Yevlaxda yaş yarımlıq körpəni İLAN SANCDI
11-06-2018 09:00
Baxış sayı:
2149

Yevlaxda körpəni ilan sancıb.
Muxalifət.az xəbər verir ki, hadisə axşam saatlarında Xanabad kəndində baş verib.
Belə ki, yaşadığı həyətdə oynayarkən nəzarətsiz qalan yaş yarımlıq - 2016-cı il təvəllüdlü Cəfərov Ramal Tural oğlunu ilan sancıb.
Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Körpəyə təcili tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib. (report)