Yıldırımdan Yunanıstana xəbərdarlıq – O gücə sahibik...
25-02-2018 19:21
Baxış sayı:
1636

Türkiyənin Baş naziri Binəli Yıldırım Egey və Aralıq dənizində son dövrlərdə baş verən türk-yunan gərginliyi barədə danışıb.
Muxalifet.az xəbər verir ki, Yıldırım çıxışı zamanı Yunanıstana sərt xəbərdarlıq edib.
“Bəziləri Egeydə, Aralıq dənizində bir sıra təxribatların ardınca düşüb. Şərtlər nə olur olsun Türkiyə Dəniz Qüvvələri istənilən vəziyyətdə ölkəsinə istiqamətlənən təhdidə cavab verəcək gücə sahibdir. Heç kim yanlış hesablara düşməsin”, - Yıldırım bildirib.