YPG-nin Afrində SON ÇIRPINIŞLARI: QOCALARI DA SİLAH ALTINA ALDILAR

Baxış sayı:
4990

Afrində çarəsiz qalan YPG, qoca kəndliləri də silah altına alıb, hərbi təlim verməyə başlayıb.
 
“Zeytun Budağı” hərəkatı 38-ci günündə uğurla davam edərkən TSQ və ASO-nun Afrin irəliləyişi davam edir.
 
ZƏRƏRSİZLƏŞDİRİLƏN TERRORÇU SAYI 2059 OLDU
 
TSQ-nin verdiyi açıqlamada əməliyyatın tamamında zərərsizləşdirilən terrorçu sayının 2059 olduğu, hava əməliyyatları ilə yanaşı, qurudan da irəliləyişin davam etdiyi bildirilib.
 
KƏNDLİLƏRİ SİLAH ALTINA ALIRLAR
 
Əməliyyat davam edərkən terror təşkilatı YPG-nin qara təbliğatı da davam edir. Davamlı, "TSQ mülki əhalini vurur" yalanına sığınan terrorçuların, gerçəkdə isə dinc kəndliləri silah altına aldığı məlum olur.
 
QOCALARA SİLAH TƏLİMİ BAŞLADI
 
Sosial mediaya yayılan fotolar terror təşkilatının çirkli üzünü nümayiş etdirir. Qoca kəndliləri silah altına alan terrorçular silah təliminə də başlayıb.
Müxalifət.az