YPG/PKK terrorçuları indi də Afrində TƏKƏR YANDIRIRLAR – SƏBƏB

Baxış sayı:
3064

Afrində qorxu dolu bir intizar içərisində olan terrorçular, pilotsuz İHA və SİHA-lara görüntü verməmək üçün avtomobil şinlərini yandırmağa başlayıb.
 
Türkiyə daxilində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatların onurğasını təşkil edən pilotsuz İHA və SİHA-lar, Afrində keçirilən “Zeytun Budağı” hərəkatında da terrorçuların qorxulu röyasına çevrilib.
“Zeytun Budağı” hərəkatı çərçivəsində SİHA-lar regionda bir çox terrorçunu zərərsizləşdirərkən, İHA-lar da bölgədən görüntü alaraq əməliyyatlara dəstək olur.
 
GÖRÜNTÜ VERMƏMƏK ÜÇÜN TƏKƏR YANDIRIRLAR.
 
İHA və SİHA-ların əməliyyatda təsir imkanlarının artmasından sonra YPG-li terrorçular görüntü verməmək üçün yeni bir “oyuna” rəvac verib.
Şəhərin ara küçələrində rezin təkərlər yandırmağa başlayan terrorçular, bununla da, İHA və SİHA-ların görüntü almasını əngəlləməyə çalışır.
Mühasirəyə alınan Afrinin Cinderes bölgəsində şinlərin yandırılmasından sonra yaranan görüntülər bunu ortaya qoyur.

Müxalifət.az