Yunan Kiprinə hərbi yığınaq: F-35 döyüş təyyarələri yola çıxdı
21-05-2019 18:41
Baxış sayı:
19057

İngiltərəyə aid F-35 döyüş təyyarələri Yunan Kipri tərəfində olan Akrotiri Hava Bazasında yerləşdiriləcək.
İngilis Kraliyət Donanmasına aid F-35B döyüş təyyarələri Yunan Kiprinə getmək üçün havalanıb. Təyyarələr İngiltərəyə aid Yunan Kipri tərəfindəki Akrotiri Hava Bazasında yerləşdiriləcək. Tornado təyyarələri isə bu bazadan çıxarılacaq.
Təyyarələrin gerçək şərtlərdə təlim keçmək üçün Ada-ya gələcəyi daha əvvəldən elan edilmişdi.
Qeyd edək ki, İngiltərə keçən ildən etibarən F-35B təyyarələrini təslim almağa başlamışdı. Artıq F-35B-lər İngilis Donanmasının yeni gücünü meydana gətirməyə başlamışdı.
Təyyarələr İngiltərənin yeni təyyarə gəmisi HMS Queen Elizabeth və 2021-dən etibarən də HMS Prince of Wales-də istifadə ediləcək.
Müxalifət.az