Yunanlar qorxuda: Tsiliopoulosun Ərdoğan narahatlığı...

Baxış sayı:
7408

Türkiyənin S-400 havadan müdafiə əleyhinə raket sistemi alması və Şərqi Aralıq dənizindəki qazma işləri yunanları qorxuya salıb.
Muxalifet.az xəbər verir ki, Türkiyənin son zamanlar aktiv siyasət aparması yunan mediası təhdid kimi qələmə verib.
Məsələ ilə bağlı yunan medialarından birinə danışan siyasi şərhçi Timis Tsiliopoulos ən böyük narahatlığı Ərdoğanın təxmin edilə bilməyən həmlələri olduğunu qeyd edib.
O bildirib ki, Türkiyənin F-35 məsələsi və S-400 sistemləri alması NATO-dakı ölkələrə təsirsiz ötüşməyəcək: "Əgər Türkiyə F-35 hərbi təyyarələrini də alsa, Egey dənizində tarazlığa təsir edəcək".