Yunanların Türk qorxusu! UŞAQLARI DA SİLAHLANDIRIRLAR

Baxış sayı:
4096

Yunan ordusunun "səfərbərlər” adı verilən milis gücü son illərdə həyat yoldaşları və uşaqlarına da silahlı təlim verməyə başlayıb. Makiyajlı qadınlar və kiçik uşaqlar, əllərində avtomat silahlar, Türklərə qarşı müharibəyə hazırlaşır.
 
1974-cü il Kipr Sülh Hərəkatında Türk ordusu qarşısında böyük bir məğlubiyyətə uğramasından sonra panika halında mülki insanları silahlandırır. Təxminən 60 min mülki şəxsə sursatları ilə birlikdə G-3 piyada tüfəngi verilib. Yunan ordusu "səfərbərlər” adı verilən bu milis gücünə hər il qısa müddətli silahlı təlim verir.
Yunan ordusunun səfərbərlik vəzifə əmri çərçivəsində “səfərbərlərə” verdiyi silahlı təlim hər il aprel və may aylarında həyata keçirilir. Yunan zabitlər, “səfərbərlərə” yeni model avtomat silahların necə istifadə ediləcəyi, silah baxımı, ilk yardım, açıq ərazidə silahlı mübarizə və həyatda qalma təlimi verir.
 
UŞAQLARA SİLAH VERİLMƏSİ SOSİAL MEDİADA
 
Son illərdə Yunan “səfərbərlər” silahlı təlimə arvad və uşaqlarını da gətirməyə başlayıb. Günəş eynəkli, makiyajlı qadınlar və uşaqlar da müharibə təlimi alır. Çətin ərazi şərtlərində əsas silahlı mübarizə təlimi alan Yunan ailələr, müharibə təlimini ictimai tədbir kimi görməyə başlayıb və silahlı görüntülərini sosial media hesablarından da yayırlar.
Yunan müdafiə nazirliyi və zabitləri də könüllü olan qadın və uşaqlara silahlı təlim verir, bu işdə heç bir eyib görmür və hətta dəstək olurlar.
 
TAM SİLAHLANMA
 
Kipr son illərdə Yunan Milli Qvardiya Ordusu adını verdikləri silahlı qüvvələrini gücləndirmə mövzusunda əhəmiyyətli addımlar atıb. Yunan kişilərinə məcburi 2 illik hərbi xidməti qısaltdılar, ancaq peşəkar orduya keçid məqsədilə 2015-ci ildə pullu peşəkar quru qoşunları yaratmaq istiqamətində ilk addımı atıblar. 3 min müqaviləli əsgər qəbul edən Yunan ordusu, İsraildən silahlı polis bölməsi üçün gəmi satın alıb. Yunan ordusu, Aİ ölkələri və İsrail ordusu ilə həyata keçirdiyi təlimlərdə qırmızı düşmən qüvvələrinin Türklər olduğu təlimlər keçirir.
Müxalifət.az