Zelenski SOCAR-dan şaurma aldı, selfi çəkdirdi - FOTO

Baxış sayı:
6241

Şaurma ilə şelfi çəkdirən Ukrayna Prezidenti Vladimir Zelenski siyasətçilərə bu yeməkdən yeməyi məsləhət görüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, fotonu Zelenski öz İnstagram səhifəsində yerləşdirib.

SOCAR yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən kafedən aldığı şaurmanı iştahla yeyən Prezident qeyd edib ki, gərgin qrafiklə işləyəndə şaurma çıxış yolu ola bilər.

“Burada qorxulu və utancverici heç bir şey yoxdur”, - o fotoya şərhdə yazıb.

Prezident hesab edir ki, bu, insanlara kömək edir.

“Və həmçinin insanlardan ayrı düşməməyə kömək edir. Hakimiyyətdə olanlar üçün bu faydalıdır. Məsləhət görürəm!”, - Zelenski yekunlaşıdırıb.