Zelenskiyə parlamentdən pis xəbər

Baxış sayı:
6574

Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin tələbindan sonra baş nazir Vladimir Groysmanın istefa qərarı parlament tərəfindən təsdiqlənməyib.
 
Prezident Vladimir Zelenskinin vəzifəyə gəldiyi ilk gün hökumətin istefasını istəməsindən sonra baş nazir Groysmanın parlamentə təqdim etdiyi istefa qərarı üçün parlamentdə səsvermə keçirilib.
Səsvermə nəticəsində baş nazirin istefasının qəbulu üçün lazım olan 226 səs təmin edilməyib.
Groysmanın istefası üçün keçirilən səsverməyə qatılan 297 millət vəkilindən 97-i qərarın lehinə, 63 millət vəkili isə əleyhinə səs verib.
Ukrayna Konstitusiyasına görə, baş nazirin istefasına Ukrayna Parlamenti qərar verir. Baş nazirin istefası ilə bütün nazirlər kabineti də istefa vermiş sayılır. Yeni hökumət qurulana qədər mövcud baş nazir və nazirlər vəzifələrini davam etdirir.
Qeyd edək ki, yeni seçilən Ukraynanın dövlət başçısı Vladimir Zelenski Ukrayna Parlamentində vəzifəyə başlamaq üçün qatıldığı and mərasimində parlamentin iki ay içində ləğv edilməsinə qərar vermiş, hökumətin də istefasını istəmişdi.
Müxalifət.az