"Zirə" FİFA YOLUNDA
29-06-2018 18:26
Baxış sayı:
2248

"Zirə" Riçard Qadze ilə yollarını ayırıb.
Muxalifət.az xəbər verir ki, klub qanalı hücumçunun başa çatan müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayıb.
Klub kamerunlu müdafiəçisi Jozef Bumu isə FİFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb isə futbolçunun komandanın düşərgəsinə qatılmamasıdır. Futbolçu ailə problemlərini səbəb göstərərək ölkəsindən geri qaytımayıb. Mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşmənin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur.
Məhz bu səbəbdən klub rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı hüquqi addımlar atacaq.