"Zirə" FİFA YOLUNDA

Baxış sayı:
2251

"Zirə" Riçard Qadze ilə yollarını ayırıb.

Muxalifət.az xəbər verir ki, klub qanalı hücumçunun başa çatan müqaviləsini qarşılıqlı razılıq əsasında uzatmayıb.

Klub kamerunlu müdafiəçisi Jozef Bumu isə FİFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb isə futbolçunun komandanın düşərgəsinə qatılmamasıdır. Futbolçu ailə problemlərini səbəb göstərərək ölkəsindən geri qaytımayıb. Mövsümün əvvəlində gələn və 1+1 illik müqavilə bağlayan futbolçu ilə sözləşmənin uzadılıb-uzadılmaması hüququ kluba məxsusdur.

Məhz bu səbəbdən klub rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı hüquqi addımlar atacaq.