Zirehli maşını hədəf aldılar: 4 ABŞ ƏSGƏRİ ÖLDÜ

Baxış sayı:
3796

Talibana bağlı mənbələr tərəfindən edilən açıqlamada, Əfqanıstanın şimalında 4 ABŞ əsgərinin öldürüldüyü irəli sürülüb.
 
Əfqanıstanın şimalındakı Qorxun vilayətinin Bagram rayonunda Taliban tərəfindən təşkil olunduğu bildirilən hücumda ABŞ-a məxsus zirehli maşının hədəf alındığı və 4 əsgərin öldüyü ifadə edilib.
 
4 ABŞ ƏSGƏRİ ÖLDÜRÜLÜB
 
Sözçü Zebihullah Mücahid tərəfindən dünən verilən açıqlamada, "Ötən gecə Bagram rayonuna bağlı Qala Nəsri bölgəsində bir ABŞ zirehi məhv edilmiş, içindəki 4 ABŞ əsgəri ölmüşdür" ifadələri yer alıb.
Yerli qaynaqlar hücumda ABŞ zirehli maşınının hədəfə alındığını təsdiq edərkən, Əfqanıstandakı ABŞ mənbələri məsələ ilə bağlı hələ ki, bir açıqlama verməyib. Əfqanıstanda mövcud olan ABŞ qüvvələrinin istifadə etdiyi ən böyük hərbi hava bazası Qorxun rayonundakı Bagram bölgəsində yerləşir.
Taliban qısa bir müddət əvvəl elan etdiyi "bahar əməliyyatları" daxilində bazaya bir neçə dəfə raket hücumu təşkil edib.
Müxalifət.az