​3 uşaq anası sirkə turşusu içdi - Göyçayda İNTİHARA CƏHD

Baxış sayı:
13318

Göyçay rayonunda 29 yaşlı qadın intihara cəhd edib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alxasova kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyeva Fəxrəndə Fərhad qızı sirkə turşusu içib.
Yaralı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda F.Allahverdiyevanın vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, F.Allahverdiyeva ailəlidir, 3 uşaq anasıdır.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.