82 yaşlı Berluskoni xəstəxanaya düşdü - Keçmiş baş nazirin sağlamlığı barədə vəziyyəti açıqlanmır
30-04-2019 14:11
Baxış sayı:
16042

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəxanaya düşüb.
Bu barədə məlumatı İtaliyanın "Corriere della Serr" nəşri yayıb.
Məlumata görə, o, qarın nahiyəsindəki ağrılara görə Milandakı "San Raffaele" hospitalına yatırılıb.
82 yaşlı Silvionun sağlamlığı barədə vəziyyəti açıqlanmır.
Qeyd edək ki, o, 2016-cı ildə onun üzərində açıq ürək əməliyyatı edilib.