ABŞ bu ölkələrdə konvensiyanı pozur - Şoyqu
29-04-2019 22:52
Baxış sayı:
8278

ABŞ Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bəzi ölkələrində Bioloji Silahların Qadağan Edilməsi Konvensiyasını birbaşa pozur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
"Regionda Pentaqonun nəzarətində bir sıra bioloji diaqnoz laboratoriyası yaradılıb. Bu müəssisələrdə ABŞ-ın hərbi xarakterli bioloji proqramları tətbiq olunur", - Şoyqu qeyd edib.