ABŞ daha 23 iranlını qara siyahısına saldı

Baxış sayı:
6475

ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.
Muxalifet.az xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Bu dəfə Vaşinqtonun qara siyahısına 9 fiziki və 14 hüquqi şəxs daxil edilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə İrana qarşı 1995-ci ildən tətbiq edilən sanksiyaların daha bir uzadılması barədə qərar vermişdi.