ABŞ-dan Rusiyaya sərt tələb: Xəbərdarlıq edirik, ölkəni tərk edin

Ağ Ev milli təhlükəsizlik məsləhətçisi Con Bolton Rusiyanın Venesuelaya əsgər göndərməsinə dair verdiyi açıqlamada, "Ölkəyə hərbi ünsürləri sövq etmələrinə qarşı güclü şəkildə xəbərdarlıq edirik" deyib.
Con Bolton bu məsələdə dövlət başçısı Nikola Maduronu günahlandırıb.
Bolton açıqlamasında, "ABŞ rəhbərliyi Nikola Maduronun hakimiyyətdə qalmaq üçün Rus hərbi personalını Venesuelaya gətirmək də daxil, xarici hərbi ünsürləri istifadə etməyə davam etməsini qınayır. Maduro bu hərbi dəstəyi öz xalqına daha çox təzyiq göstərmək üçün istifadə edəcəkdir" deyə bildirib.
“İqtisadi sanksiyalar üçün edə biləcəyimiz çox şey var. Yəni, Ruslar bunun üçün bir bədəl ödəyəcək "- deyən Bolton, sonra Venesuela ordusuna müraciət edib: “Venesuela ordusuna konstitusion vəzifəsinə sahib çıxaraq Venesuela xalqını qoruma vəzifəsini yerinə yetirməyə dəvət edirik".
Xəbərdarlıq edirik
Bolton açıqlamasında, bu fikirlərə yer verib:
“Qərb yarımkürəsindəki xarici aktyorların Venesuelaya hərbi ünsürlər sövq etmələrinə qarşı güclü şəkildə xəbərdarlıq edirik. Bu cür təxribat addımları beynəlxalq sülhə və regional təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirəcəyik. ABŞ olaraq Qərb yarımkürəsindəki maraqlarımızı qorumağa davam edəcəyik".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp srağagün etdiyi açıqlamada, "Rusiyanın Venesueladan çıxması lazımdır" demişdi.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə ABŞ-ın Hollandiya ilə Curaçao adaları üzərindən Venesuelaya “humanitar yardım” etmək üçün anlaşdığını qeyd edərək, ABŞ-ı Venesuelada xaos yaratmaqla günahlandırmışdı.
Müxalifət.az