ABŞ-dan Türkiyə sərhədində qalmaqal hərəkət!

Baxış sayı:
9502

 ABŞ İraqdan Suriyaya, terror təşkilatı YPG/PKK işğalındakı regiona qapalı 100 civarında TİR-la yeni hərbi daşımalar edib.
 
Yerli mənbələrdən alınan məlumata görə, dünən gecə gec saatlarda 100 civarında TIR Simelka sərhəd qapısından Suriyaya daxil olub.
Qapalı daşınan yük avtomobilində Hummer markalı dörd hərbi maşınlar və tankerlər görülüb.
Mənbələr TIR-ların içində silah olub olmadığından əmin olmadıqlarını, ancaq sursatların olduğunu bildiriblər.
Qeyd edək ki, ABŞ fevralın əvvəlində və sonunda olmaqla, iki dəfə təxminən 300 TIR0la İraq sərhədindən YPG/PKK işğalındakı əraziyə hərbi daşımalar etmişdi.
 Müxalifət.az