ABŞ-dan Türkiyəyə təhdid: Seçim edin!

ABŞ Nümayəndələr Palatasının bir qrup üzvü Türkiyənin S-400 satın almasıyla F-35 proqramında qalmaq arasında bir seçim etməsi lazım olduğunu söyləyib.
"Türkiyədə verilən mesaj açıqdır ..."
Respublikaçı konqresmen Kevin McCarthy "Türkiyəyə verilən mesaj açıqdır. Türkiyə irəlilədikcə və S-400-ləri əldə etdiyində F-35-lərin verilməməsi yönündə ABŞ-da geniş, ortaq bir görüş birliyi var" deyib.
"TÜRKİYƏ S-400 ALIŞINI LƏĞV ETMƏLİDİR"
McCarthy "ABŞ-ın milli təhlükəsizlik maraqları üçün çox ciddi nəticələri var, Türkiyə S-400 alışını ləğv etməli və bunun yerinə birlikdə çalışdığımız və ortaq maraqlarımızın olduğu bir çox sahədə ABŞ ilə əməkdaşlıq etməlidir" deyə bildirmişdir.
Qeyd edək ki, ABŞ Nümayəndələr Məclisinin Təsisat Komissiyası Türkiyənin S-400 satın aldığı təqdirdə F-35-lərin verilməsinin qadağan edilməsi üçün layihə təqdim etmişdi.
ABŞ Müdafiə Nazirliyi 13 mayda Ankaranın Rusiyadan S-400 hava müdafiə sistemi satın alma planlarına davam etdiyi təqdirdə, Türkiyənin yerinə F-35 təyyarələri üçün yeni bir detallar istehsal edəcək tədarükçü axtaracağını açıqlamışdı.
Müxalifət.az