ABŞ-ın döyüş gəmiləri belə gəldi: Türkiyəni çox sərt mübarizə gözləyir - ARAŞDIRMA

Baxış sayı:
8113

Rusiyanın həmlələrinə qarşı bölgədə aktiv olacağının siqnalını verən ABŞ, 6-ci Donanmaya bağlı USS Abraham Lincoln və USS John C. Stennis təyyarə gəmisini hücum gəmiləri ilə Aralıq dənizinə göndərmişdi.
 
 Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarına da göz dikən Vaşinqton rəhbərliyinin, bu addımla bütün bölgə ölkələrini təhdid etdiyi şərhləri verilir. Son dövrlərdə artan Şərqi Aralıq dənizi gərginliyinə, Haber7-nin müəllifi professor Ata Adın ilə təhlükəsizlik və strategiya eksperti Abdulla Ağar münasibət bildirib.
Bu iki ekspertin münasibətini təqdim edirik:
Professor Ata Atun:
“ABŞ mənə görə, Şərqi Aralıq dənizində Yaxın Şərqdə son “kozır”larını oynayır. Böyük mənzərəyə baxsaq, Türkiyə, Rusiya və İranın bir araya gəlməsi və buna Çinin də qoşulması, Çin və Rusiyanın öz şəbəkəsini qurmağa çalışması, dünya valyuta axınının New York və FED üzərindən aparılmasına son vermə işləri, ABŞ hökumətini qorxutdu. ABŞ-ın keçmiş gücü yoxdur, keçmiş sanksiya gücü yoxdur, keçmiş hərbi gücü də yoxdur. Hazırda yalnız şou etdiyinə inanıram. "Mən buradayam, məndə varam" kimi hərəkətlərlə özünün varlığını nümayiş etdirir. Yoxsa gücü yeni qütbləşməyə biləcək vəziyyətdə deyil.
ABŞ dünyadakı neftin 80 faaizini nəzarət altında saxlayır. Bir çox ölkəyə sanksiya tətbiq edərkən, həm internet üzərindən, həm də FED üzərindən hərəkət edir. İndi Türkiyə, Rusiya və İran arasında "yerli valyuta mübadiləsi" bu vəziyyəti sındırmağa başladı. ABŞ-ın sıxıntısı əslində buradadır. ABŞ neftin 80 faizini idarə edərkən, Çin də dünyadakı qiymətli mədənləri idarə edir. Yəni Çin istəsə, ABŞ sənayesini çökdürə bilər. Dünya üzərində artıq belə bir tarazlıq var. ABŞ əvvəlki kimi, "mən dünyanın qubernatoruyam, mən nə istəsəm edirəm, kimsə mənə qarşı dura bilməz" günləri keçdi. İndi iki qütbləşmə başlayır. O üzdən buradadır, dünya neftini, qazını idarə etmək üçün Şərqi Aralıq dənizinə yönəlib. Mənə görə, Türkiyəylə birbaşa, ya da dolayısı ilə bir neft və ya qaz problemi də yoxdur”.
 
ABDULLAH AĞAR: ÇOX SƏRT MÜBARİZƏ OLACAQ! ÇOX CİDDİ GƏRGİNLİKLƏR YAŞAYA BİLƏRİK
 
“Şərqi Aralıq dənizindəki qaz ehtiyatları oraya bağlanmış olan bütün qlobal və regional güclərin rəqabətinə və güc mübarizəsinə səbəb olur. Hər kəs bir şəkildə oradakı enerji sahələrindən pay almaq üçün böyük bir mübarizəyə girmiş vəziyyətdədir. Bununla yanaşı, alyanslar formalaşır, həm də Suriya müharibəsi çox əhəmiyyətli bir parametr kimi özünü göstərir. Suriyadakı daxili müharibə ilə Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının birbaşa əlaqəsi var. Digər bir tərəfi Kiprin əhəmiyyətini də çox artırmış vəziyyətdədir. Kipr üzərindən həm qlobal, həm də regional güclər təsirli olmağa çalışır. Digər bir tərəfdən Türkiyə, həm öz qitə dəhlizi, həm də Kiprin qitə dəhlizi üzərindən haqqı olanı almağa çalışır. Burada Türkiyənin bir şəkildə tək qoyulduğunu görürük. Çünki Türkiyənin orada enerji mənbələri üstündən söz ya da pay sahibi olması, gələcəkdə böyük bir addım görməsinə səbəb ola bilər. Çünki Türkiyənin ən böyük xərci enerji xərcidir. İndi Türkiyənin həm enerji açığını bağlaması, həm də ixracatçı mövqeyinə keçməsi birlərini çox narahat edir, qorxudur. Bu regional və qlobal rəqabət adına əhəmiyyətlidir. Bu üzdən, xüsusilə bu məqamda İsrailin, Misirin, Səudiyyə Ərəbistanının, Rusiyanın, ABŞ-ın, Fransanın, İngiltərənin hadisəyə müdaxilə edən tərəf olduğunu görürük.
Türkiyə də bu məsələdəki əzmini ortaya qoyub və bununla bağlı ciddi bir mübarizə olacağı görünür. Həm də çox sərt mübarizəyə çevrilmək ehtimalı var, çox ciddi gərginliklər yaşaya bilərik. Əvvəla, dövlətlərarası hüququn, beynəlxalq hüququn dövrəyə girməsi və bölüşdürülmənin ona görə olması lazımdır. Amma kimlərsə bundan narahatdır. Çünki belə olduqda, Türkiyənin və Şimali Kiprinin hüququ ortaya çıxır. Türkiyə də bununla bağlı mübarizəsini aparacaq. Məsələ hara qədər çatacaq, onu görəcəyik, çünki bu doğrudan doğruya bir güc mübarizəsidir. Bu sahə gələcək balansların müəyyənləşdirilməsi, ittifaqların müəyyənləşdirilməsi adına əsas prioriteti olan bir sahəyə çevrilmiş vəziyyətdədir. Bu şəkildə Türkiyənin hüquqlarını yeməyə qalxsalar, Türkiyə də çox fərqli həmlələr etmək ehtiyacı duya bilər. Bu prioritetlər çərçivəsində Türkiyə ilk başda beynəlxalq hüquq çərçivəsində haqqını axtaracaq. Bu mümkün olmasa, ordusu haqlarını qorumağa başlayacaqdır. Ordusu bu gün olduğu kimi, təkbaşına buraxılsa, başqa bir ittifaq formalaşması söz mövzusu ola bilər.
Burada buna da diqqət etmək lazımdır, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin daim Türkiyə əleyhinə əməkdaşlıq etməsini yaxşı anlamaq və yaxşı yerləşdirmək lazımdır”.
 
Müxalifət.az