“ABŞ-İran gərginliyi hər iki tərəf üçün intihardır” – İran XİN

Baxış sayı:
6349

"ABŞ ilə danışıqların perspektivi yoxdur. Danışıqlar çağırışından əvvəl ABŞ beynəlxalq qaydalara riayət etməlidir", - deyə İranın Xarici İşlər naziri Cavad Zərif bildirib.
 
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra ortaya çıxan gərginliyin iki tərəf üçün də intihar olduğunu, lakin Vaşinqtonla nüvə müzakirəsinin mümkün olmadığını söyləyib.
İranın nüvə proqramı və iki ölkə arasında gərginliyin azaldılması üçün ABŞ ilə danışıqlar aparma imkanları məsələsinə toxunan Zərif, “ABŞ-la müzakirə ehtimalı yoxdur. Müzakirə çağırışından öncə ABŞ beynəlxalq qaydalara rəayət etməlidir. Çünki nüvə anlaşmasını pozan özüdür” deyib.

Müxalifət.az