ABŞ-la İran arasında “bazarlıq” danışıqları başladımı?

Baxış sayı:
6046

Yaxın Şərqdəki gərginliyi artıran ABŞ-İran münasibətləridə beynəlxalq danışıqların əlamətləri ortaya çıxıb. ABŞ prezidenti Donald Trampın İsveçrə səlahiyyətlilərinə İrana göndərmək üçün buraxdığı telefon nömrəsi İran tərəfindən qəbul edilib. İsrail mərkəzli “Haaretz” qəzetinin yazdığına görə, Trampın 'İran mənə zəng etsin' sözləriylə İsveçrəli səlahiyyətlilərə çatdırdığı nömrənin gözlənənlərin əksinə, İranlı səlahiyyətlilər tərəfindən alınıb. Trampdan telefon nömrəsini aldıqdan sonra ABŞ mətbuatına danışan isveçrəli diplomatlar, telefon nömrəsinin yalnız 'tələb edildiyi təqdirdə' İranlı səlahiyyətlilərə veriləcəyini söyləmişdi. Son prosesdə İrana qarşı sərt açıqlamalar verən Tramp, “Əminəm ki, İran yaxın zamanlarda bizimlə danışmaq istəyək” demişdi.
 
TƏCİLİ VASHINGTON GETDİ
 
ABŞ-İran böhranı çərçivəsində ikinci gəlişmə İsveçrə prezidenti Ueli Maurerin təcili Vaşinqtona gedişi olub. İsveçrə mətbuatı 1980-ci ilin may ayından bəri İranın paytaxtı Tehranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin prezidenti Maurerin Tramp ilə görüşməsində 'vasitəçi "rolunu oynamasının mümkün olduğunu yazıb.
 Böhranda üçüncü gəlişmə Almaniyanın danışıq təklifi idi. Almaniyanın “Bild” qəzetinə danışan Münhen Təhlükəsizlik Konfransının başçısı Wolfgang Ischinger, Bəsrə Körfəzində minlərlə ABŞ əsgərinin qatılacağı bir qarşıdurma ehtimalının Ağ Ev və ABŞ Konqresindəki bir çox adam tərəfindən istənmədiyini bildirərək İran mövzusunda beynəlxalq bir sülh təşəbbüsü yaradılması lazım olduğunu söyləyib. Ischinger İran prezidenti Həsən Ruhaninin Almaniya, Fransa, İngiltərə, Çin və Rusiya kimi ölkələrdən gələcək bir görüş təklifini geri çevirməyi iki dəfə düşünəcəyini iddia edib.
 Digər tərəfdən, dünənki Yaponiya səfəri əsnasında İran ilə ABŞ arasında görüş ehtimalı olmadığını söyləyən İran Xarici İşlər Naziri Cavad Zərif, nüvə razılaşmasına bağlı qaldıqlarını, ancaq ölkəsinin milli təhlükəsizliyinə yönəlik hər cür təhdidə cavab verəcəklərini ifadə edib. Zərif ABŞ-ın nüvə razılaşmasından çəkildikdən sonra da ölkəsinin çox ehtiyatlı olduğunu söyləyib.
Müxalifət.az