ABŞ rəhbərliyində istefa: Ərizəsini təqdim etdi

ABŞ Ədliyyə nazirinin müavini Rod Rosenstein istefa məktubunu ABŞ prezidenti Donald Trampa təqdim edib.
Rosenstein məktubunda, istefa səbəbini göstərməzkən, Ədliyyə nazirinin müavinlərinin ümumiyyətlə 16 ay vəzifədə qaldığını, özünün isə iki ildən çox bir müddətdir vəzifədə çalışdığını ifadə edib.
Rosenstein məktubunda, Trampa xitab olaraq "Mənə xidmət etmə fürsəti verdiyiniz üçün, fərdi söhbətlərinizdə göstərdiyiniz nəzakət və zarafat ilə vəzifəyə başladığınızda ortaya qoyduğunuz vətənpərvərlik, birlik, təhlükəsizlik, təhsil və zənginlik hədəflərinə görə sizə minnətdaram" deyə qeyd edib.
Rosenstein Rusiyanın ABŞ-ın 2016 prezident seçkilərini Tramp lehinə təsir etdiyinə yönəlik iddiaları araşdırmaq üzrə xüsusi səlahiyyətli prokuror Robert Mülleri təyin etməsi ilə Trampın hədəfinə gəlmişdi. Lakin Rosenstein zamanla Donald Tramp ilə yaxşı bir əlaqə qurduqları ifadə edildi.
Uzun illər federal prokuror kimi çalışan Rosensteinin ABŞ-ın Ədliyyə naziri William Barrın vəzifəyə başlaması ilə vəzifəsini buraxacağı danışılırdı, ancaq daha sonra Barrın ona Rusiya istintaqı tamamlanana qədər vəzifədə qalmasını istədiyi ifadə edilirdi.
Müxalifət.az