ABŞ-ın "S-400" BƏHANƏSİ - Vaşinqton əslində Türkiyədən nə istəyir?

Baxış sayı:
5614

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortagus Türk gəmilərinin Şərqi Aralıq dənizindəki karbohidrogen axtarma fəaliyyətlərinə dair yazılı bəyanat verərək demişdir ki;
 
"ABŞ Türkiyənin Kipr Respublikasının öz xüsusi iqtisadi zonası olaraq haqq tələb etdiyi bölgədə dəniz qazma işləri edəcəyi yolundakı açıqlamasından dərin narahatlıq keçirir. Bu əhəmiyyətli bir şəkildə təhrik edici və bölgədə gərginliyi artırmağa yönələn risk təşkil edici addımdır. Biz Türk rəsmilərdən bu əməliyyatlara son vermələrini və tərəflərə ağılla hərəkət etmələrini tələb edirik".
Görün bu məqamda ABŞ Türkiyədən nə istəyir?
“Şərq Aralıq dənizində beynəlxalq hüquqdan qaynaqlanan haqqınızdan imtina edin. Ölkənizin qitə dəhlizi olması ilə bağlı fikirlərinizi buraxın. Bizim istədiyimiz sərhədlərlə yetinin. Yunanların iddia etdiyi yerlərdən imtina edin. Bu barədə beynəlxalq məhkəmənin qərarı, filan yoxdur, amma mən onun yerinə də qərar verərəm. Boyun əyin və problem çıxarmayın” deyirlər.
Deyilənin əsası budur. Türkiyə bu hüquqdan kənar açıqlamaya lazımi cavabı vermişdir. Amma bu məqamda əsas olan Türkiyədə siyasətlə məşğul olan hər kəsin eyni davranışı göstərməsidir.
ABŞ-ın bu mövqeyi əsasən zəncirvari bir münasibətin tərkib hissəsidir. Zəncirin digər halqalarında, S-400, PKK, İran, FETÖ və Türkiyənin müstəqil davranma qətiyyəti var. Bu zəncirvari mövqe hər bir halqanın əhəmiyyətini bir digərinə daşıyaraq Türkiyəni bütünlüklə küncə sıxışdırmağa yönəlib.

Müxalifət.az