ABŞ və Yaponiya İran neftindən tam imtina olunmasını istəyir

Baxış sayı:
2377

ABŞ Prezidenti Donald Trampın Yaponiyanın Baş naziri Sinzo Abe ilə görüşü olub.
 
“Reuters” bildirir ki, tərəflər İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirləri müzakirə ediblər.
 
ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagerti agentliyə bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.
 
Xatırladaq ki, Yaponiyanın Baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ Evdə Prezident Donald Trampla təkbətək danışıqlar aparıb.