Ak Partiyadan “Səslərin sayılması kamerayla xalqa izlədilsin” təklifi

AK Partiyanın Seçki Məsələləri Üzrə sədr müavini Əli İhsan Yavuz dünən axşam saatlarında mətbuatı məlumatlandırıb. Araşdırmalar başlayar başlamaz çox maraqlı faktlarla qarşılaşdığını ifadə edən Yavuz, bunları qeyd edib: “Biz İstanbulda vəziyyətin bəhs edildiyi kimi olmadığını dedik. Bu məlumatları bir sistemə aldıq, çox sürətli bir şəkildə nəticələrə nail oluruq. Bir tərəfdən də səhv və nöqsanları sistem üzərindən asan müəyyən edək deyə istəmişdik. Seçki gecəsi İstanbula getdim. Daha ilk araşdırmada həqiqətən çox maraqlı faktlarla qarşılaşdıq. Həqiqətən demokratiya tariximizin ən böyük saxtakarlıqlarından biridir bu seçki desəm yəqin ki, artıq şişirtmiş olmaram. Rayon Seçki Komissiyası Sancaktəpədə səslərin yenidən sayılma tələbimizi qəbul etmədi. Amma CHP-nin tələbini səs çoxluğuyla qəbul edib və araşdırmağa qərar verib. Maraqlı deyilmi? YSK-nın məlumatlarına görə, səslər arasındakı fərq 29 minə çıxdı. Amma bu an etibarilə düşür, düşməyə davam edəcək, bu an etibarilə 20509-dur. Sadəcə əlimdəki dosyedə 7646 səs var ki, bizə verilmiş, amma başqalarına yazılmışdır. Kameralarla xalq müşahidə etsin Deyirik ki, bütün partiyalar YSK seçki protokolları, səsvermənin cədvəlini görür. Partiyalar bir az zəhmət etsə də baxsa, bizə qarşı edilən bu zülmü və bizə qarşı edilən bu əməliyyatı anlayar. Biz göstəricilərimizə güvənirik. Sizin də məlumat nöqtəsində bir narahatlığınız yoxdursa, nəticədə nə çıxarsa, dəqiqləşən nəticəni hamımız qəbul edirik. Buyurun bu da hodri meydan. Gəlin qanun çərçivəsində seçki komissiyaları hər şeyi şəffaf şəkildə həyata keçirsin, zalqımız da kamerayla seyr etsin. Bizim üçün problem yoxdur. Həqiqət nədirsə, o həqiqət də ortaya çıxsın. Mən bu işlərin içərisindəyəm, bu səviyyədə saxtakarlıq əməliyyatını ilk dəfə görürəm. Vəzifəlilər haqqında addımlarımız, lazım gəlsə, cinayət işinin açılması ilə bağlı tələblərimiz olacaq. Müxalifət.az