Almaniyadan Türkiyə ilə bağlı təəccüblü seçki açıqlaması

Baxış sayı:
7753

Türkiyədə Bələdiyyə Seçkiləri başa çatdı, ancaq nəticələrin dünyada əks-sədası davam edir. Avropa İttifaqından edilən bəyanatdan sonra Almaniya Parlamentindən seçki nəticələrinə dair açıqlama verilib.
 
 Koalisiya hökumətinin ortaqlarından Sosial Demokrat Partiyasının (SPD) Xarici Siyasət sözçüsü Nils Schmid müxalifəti təbrik edib.
Yerli seçki nəticələrinin eyni zamanda Türkiyədə Avropa tərəfdarı olanların və dünyəvi təbəqənin gücünü göstərdiyini qeyd edən Schmid, “Müxalifət AK Partiyanın media və dövlət idarəsindəki hakimiyyətinin təmin etdiyi üstünlüyə baxmayaraq seçiciləri mobilizə etməyi bacardı, bu, həqiqətən də təqdirəlayiq nailiyyətdir" deyə bildirib.
 
NƏTİCƏLƏR QƏBUL EDİLMƏLİDİR
 
Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara görə, CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun yarışda öndə olduğuna diqqət çəkən Schmid, “İndi mühüm olan seçici iradəsinə hörmət göstərilməsi, seçki nəticələrinin qəbul edilməsidir" deyib.
Müxalifət.az