Almaniyanı S-400 qorxusu sardı

Almaniyanın Ankaradakı səfiri Martin Erdmann 'Türkiyənin Qərb ittifaqı içində möhkəm bir şəkildə qalmasını istəyirik. O səbəblə belə bir sistemin (S-400) Türkiyə tərəfindən alınması qarşısında böyük narahatlıq duyulur. Bizlər Almaniya olaraq ittifaq ortaqlarımızın təhlükəsizlik qayğılarını da paylaşırıq. Zaman zaman çətin dövrlər yaşansa da, bizim üçün Türkiyə ən əhəmiyyətli ittifaq ölkəsidir. O səbəblə, Türkiyə ABŞ ilə olan problemlərini həll edə bilərsə, məsələn S-400 müdafiə sistemi, F-35 döyüş təyyarələri və şimal-şərqi Suriyadakı kürd problemiylə əlaqədar məqbul həll tapıla bilirsə, böyük bir məmnuniyyət duyarıq”, - deyə bildirib.
Alman səfir NATO içində hər cür silah sistemini əldə etmə imkanının olduğunu deyib: “Çünki NATO ölkələri alacaqları qərarlarla əlaqədar milli suverenliyə sahibdirlər. Ancaq belə bir sistem əldə etdiyiniz zaman bunun nəticələrini da düşünməniz lazımdır. Bizlər üçün NATO tərəfdaşı olaraq və Türkiyə ilə ABŞ arasındakı əlaqələrin yaxşı olması istiqamətində təbii bir mənfəət var”.
Müxalifət.az