Argentina SEPAH-ın Qüds qanadını terror təşkilatı elan etdi
18-01-2026 11:09
Baxış sayı:
262

Bu gün Argentina hökuməti SEPAH-ın Qüds qanadınç rəsmi şəkildə terror təşkilatı kimi tanıdığını açıqlayıb.
Rəsmi məlumata görə, Qüds qanadı beynəlxalq miqyasda terror aktlarının, bombalamaların və müxalif şəxslərə qarşı zorakı əməliyyatların təşkilində iştirak edib. Argentina bu addımı atan bğlgədəki ilk ölkə olub.
Hakimiyyət orqanları bildiriblər ki, Qüds qanadı və ona bağlı şəbəkələr 1994-cü ilin iyulunda Buenos Ayresdə AMIA Yəhudi Mərkəzinə qarşı həyata keçirilən terror hücumuna görə məsuliyyət daşıyır. Həmin hücum nəticəsində 85 nəfər həyatını itirmişdi. (Iran Wire)








































