Avropa ölkəsində QORXU DOLU ANLAR: Daha bir məscidə SİLAHLI HÜCUM

Baxış sayı:
12403

İngiltərənin paytaxtı Londonda yerləşən məscidə silahlı basqın baş verib.
Naməlum şəxs yerli vaxtla 22:45-də İlford bölgəsindəki Seven Kings məscidinə odlu silahla daxil olmağa çalışıb.
Cinayətkarın qarşısı məsciddəki insanlar tərəfindən alınıb. Dərhal bölgəyə təhlükəsizlik qüvvələri çağırılıb.
London polisi sosial media vasitəsilə verdiyi açıqlamada basqın zamanı insan tələfatının olmadığını bildirib. Şübhəli şəxs hadisə yerindən qaçmağa nail olub. Onun axtarışları davam edir.
Qeyd edək ki, bir çox Qərb ölkəsində Ramazan ayı boyunca müsəlmanlara qarşı silahlı hücum təhlükəsi yaşanmaqdadır. Müsəlmanlar Yeni Zelandiya və Şri-Lanka hadisələrindən sonra məscidlərin və ibadətgahların təhlükəsizliyi ilə bağlı tədbirlər görülməsini tələb edir.