Avtobus qəzasında xəsarət alanlardan 3-ü evə buraxıldı
28-04-2019 13:59
Baxış sayı:
1966

Xəzər rayonu ərazisində, Mərdəkan-Bakı yolunda 171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində xəsarət alanlardan daha 3 nəfər evə buraxılıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, hazırda hadisə nəticəsində xəsarət alanlardan 7 nəfərin müalicəsi 3 saylı şəhər Klinik Xəstəxanasında davam etdirilir.
Xatırladaq ki, aprelin 27-də axşam saatlarında Mərdəkandan Bakı istiqamətində hərəkət edən yük maşını 171 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan 27 nəfər xəsarət alıb.