“Axısxa Türklərinə lazımi dəstəyi verməyə davam edəcəyik” – TÜRKİYƏ XİN

Baxış sayı:
855

Türkiyə Xarici İşlər Nazirliyi (XIN) Axıska Türklərinin öz tarixi vətənlərindən sürgün edilmələrinin 77-ci ildönümündə rəsmi açıqlama yayıb.

Qafqaz.media xəbər verir ki, “bu günə qədər olduğu kimi, bundan sonra da Axısxa Türklərinin ana vətənlərinə dönüş sürəcini yaxından izləməyə və soydaşlarımıza lazımi dəstəyi göstərməyə davam edəcəyik”, - deyə XİN-in açıqlamasında vurğulanır.

Nazirlikdən verilən yazılı açıqlamada, 14 noyabr 1944-cü ildə Gürcüstanın Axısxa bölgəsindən təxminən 100 min Axısxa Türkünün öz vətənlərindən deportasiya edilərək, Sovet İttifaqının uzaq yerlərinə sürgün edildiyi bildirilir. “Dünyanın 9 fərqli ölkəsinə yayılan və sayları 500 min nəfərə çatan Axısxa Türkləri bu illər ərzində çətin şəraitdə yaşasalar da, öz milli kimliklərini qoruyub saxlamış, mədəni irslərini yeni nəsillərə ötürmüşlər.

Bu günə qədər olduğu kimi, bundan sonra da Axısxa Türklərinin vətənlərinə dönüş sürəcini yaxından izləməyə və soydaşlarımıza lazımi dəstəyi göstərməyə davam edəcəyik. Çətin şərtlər altında qadın, qoca, uşaq ayrı-seçkiliyi olmadan sürgün edilən Axısxa Türklərimizin acısını paylaşırıq. Axısxa Türklərinin vətənlərindən sürgün edilməsinin 77-ci ildönümündə həyatını itirənləri hörmət və rəhmətlə yad edirik”, - deyə Türkiyə XİN-in rəsmi açıqlamasında qeyd olunur.