Axtarış

The search found 105700 results in 0.006 seconds.

Search results

  1. Cahangir Hacıyev niyə istefa verdi?

    Ekspert: “Əsas səbəb bankın düşdüyü indiki ağır durumdur”

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefası ilə bağlı xəbər artıq müzakirə mövzusuna çevrilib.

    Gündəmi zəbt edən istefaya iqtisadçı-ekspert Samir Əliyev şəxsi facebook səhifəsində münasibət bildirib. O, bu addımı bankın problemləri ilə əlaqələndirib:

    Muxalifet - 19-03-2015

  2. “İcra başçısı oğlumu öldürmək istəyir” - ŞOK

    Taleh Xasməmmədovun anası: “Mübariz Ağayevin tapşırığı ilə oğluma ağır, dözülməz işgəncələr veriblər”

    Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. O bildirir ki, 17 mart 2015-ci il tarixdə Penitensiar xidmətin Müalicə Müəssisəsində  həbsdə olan oğlu, hüquq müdafiəçisi Taleh Xasməmmədovun görüşünə gediblər:

    Muxalifet - 19-03-2015

  3. Jurnalist Məqsəd Nurun həyat yoldaşı intihar edib

    Bakıda intihar hadisəsi baş verib.

    Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

    Muxalifet - 19-03-2015

  4. Erməni professordan şok açıqlama - “BİZİ TÜRKLƏR QURTARACAQ"

    Jirayr Liparityan ermənilərin xarici siyasətini kəskin tənqid edib

    "Ermənistan Türkiyəni duelə çağırır, halbuki bizim müstəqilliyimiz üçün Rusiya təhlükəsi var".

    Bunu 1994-97-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi Jirayr Liparityan bildirib.

    Muxalifet - 19-03-2015

  5. Gürcüstanda erməni separatçılara qarşı sərt qərar...

    Gürcü xüsusi təyinatlı dəstəsi daimi olaraq Cavaxetiyada yerləşdiriləcək

    Gürcüstanın xüsusi təyinatlı dəstələri bundan sonra gürcülərin və ermənilərin yaşadığı Samsxe-Cavaxke regionunda yerləşdiriləcək, orada ictimai asayişi qoruyacaq.

    Muxalifet - 19-03-2015

  6. Ordumuzdan "əzələ nümayişi" (FOTO)

    Müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb

    Müdafiə naziri Silahlı Qüvvələrin tank bölmələrinin döyüş hazırlığını yoxlayıb.

    Müdafiə Nazirliyindən mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təlim poliqonunda tank bölmələrinin hazırlıq məşqlərini izləyiblər.

    Muxalifet - 19-03-2015

  7. Cahangir Hacıyev niyə istefa verdi? (VİDEO)

    Rəsmi açıqlama ilə irəli sürülən iddialar bir-birindən kəskin fərqlənir

    Muxalifet - 20-03-2015

  8. “Bu gün heç bir siyasi qrup hökumət üçün təhlükə deyil”

    Yeganə Hacıyeva: “Hökumətin başı siyasi müstəvidəki demokratik rəqiblərini zərərsizləşdirməyə daha çox qarışdıqca, radikal qruplar daha çox güclənir”

    “125-lər” Siyasi Klubunun üzvü Yeganə Hacıyeva martın 6-da global hökümətlərarası demokratiya naminə koalisiya olan “ Demokratik İctimaiyyət “ təşkilatının İdarə Heyətinin Mərkəzi Avrasiya regionu üzrə təmsilçisi seçilib. Onunla söhbətdə Azərbaycan-Qərb münasibətlərinin maraqlı məqamlarına toxunduq.

    Muxalifet - 20-03-2015

  9. Rusiyanın maliyyə naziri: “Böhran geridə qaldı”

    Rusiyanın Maliyyə naziri Anton Siluanov ölkə iqtisadiyyatının ən pis dövrünün geridə qaldığını açıqlayıb.

    Axar.az xəbər verir ki, nazir bu gün Moskvada təşkil etdiyi mətbuat konfransında ölkənin maliyyə durumunun normallaşdığını bildirib:

    “Böhranın ən pik nöqtəsi geridə qaldı. Artıq sabitliyə doğru gedirik. Maliyyə vəziyyəti də düzəlməyə başlayıb. Daşınma sektorunda artıq gəlirlər götürürük”.

    Muxalifet - 20-03-2015

  10. Bakıda dollar qıtlığı yarandı

    Bakının valyutadəyişmə məntəqələrində yenidən dollar qıtlığı yaranıb.

    Belə ki, virtualaz.org saytının müxbiri paytaxtın mərkəzindəki valyutadəyişmə məntəqələrinin bir neçəsinə müraciət etsə də oradan ABŞ valyutası sata bilməyəcəklərini bildiriblər.

    Muxalifet - 20-03-2015

  11. Vahid Ələkbərov: “2 il sonra qıtlıq başlayacaq”

    Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti, azərbaycanlı neft maqnatı Vahid Ələkbərov yaxın 1,5-2 il sonra dünyada neft qıtlığının başlayacağını deyib.

    Ələkbərov neftin indiki ucuzlaşmasının səbəbini Fars körfəzi ölkələrinin ABŞ-da şist nefti hasilatını sıradan çıxarmaq üçün başlatdıqları müharibənin nəticəsi olduğunu bildirib.

    Muxalifet - 20-03-2015

  12. Krediti olanlar diqqətli olsun! (VİDEO)

    Azərbaycanda 9 qeyri-iş günü olsa da, bankların bəziləri işləyəcək

    Bayram günlərində banklara kredit ödənişi olanlar diqqətli olmalıdır. Çünki ölkədə 9 qeyri-iş günü olsa da, bankların bəziləri işləyəcək. Bu isə o deməkdir ki, siz krediti vaxtında ödəməsəniz problem yarana bilər.

    Muxalifet - 21-03-2015

  13. “İŞİD” Novruz şənliyini qana buladı

    Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 80 nəfər yaralanıb

    Suriyanin Haseki əyalətində PYD kürd döyüşçülərinin nəzarətində olan ərazidə keçirilən Novruz şənliyində terrorçular partlayış törədib.

    Röytersin məlumatına görə, Əl Müfti rayonunda və Saliyyə məhəlləsinə törədilən intihar partlayışı nəticəsində azı 20 nəfər ölüb, 80 nəfər yaralanıb. Qurbanların çoxunun uşaq və qadınlar olduğu deyilir.

    Muxalifet - 21-03-2015

  14. Almaniya pula görə "Formula 1"-dən uzaqlaşdırıldı

    Almaniya 2015-ci ildə keçiriləcək “Formula 1” Qran-pri yarışlarının təqvimindən çıxarıldı.

    "Trend"in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqlamasında deyilir.

    Məlumata görə, iyulun 17-19-da Almaniyada keçirilməsi planlaşdırılan yarış ləğv edilib. Buna səbəb maliyyə məsələlərinə cavabdeh firma ilə razılaşmanın əldə edilməməsidir.

    Muxalifet - 21-03-2015

  15. "Don Kixot" Şəkidə

    Şəki Dram Teatrında yeni tamaşalar

    Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.

    Əhməd Orucoğlunun “Oğru” pyesi əsasında hazırlanan tamaşa üzərində məşqlər başa çatmaq üzrədir.

    Muxalifet - 21-03-2015

  16. Cahangir Hacıyevin istefasının SİRRİ

    Beynəlxalq Bankın prezidenti hakimiyyətdaxili intriqaların qurbanı olub?

    Azərbaycan Beynəlxalq Bankının (ABB) Idarə Heyətinin sədri Cahangir Hacıyevin istefası gündəmin əsas mövzularındadır. Qeyd edək ki, ABB-nin məlumatına görə, Cahangir Hacıyev səhhətilə əlaqədar istefa verib. Onun öhdəliklərinin icrası müvəqqəti olaraq Idarə Heyəti sədrinin birinci müavini Emil Mustafayevin üzərinə qoyulub.

    Muxalifet - 21-03-2015

  17. Azərbaycanda nikahların sayı azalıb, boşanmalar isə artıb

    Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min nikah qeydə alınıb.

    Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. Ötən ilin yanvar ayında isə bu göstərici 1,0 min olub.

    Muxalifet - 21-03-2015

  18. Günahsız yerə 39 il həbsdə qaldı, milyoner oldu VİDEO

    Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub

    ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub.

    ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib.

    Muxalifet - 21-03-2015

  19. Milli Qəhrəman anası ağır şəraitdə yaşayır (VİDEO)

    "Mən utanıram camaata deyəm ki, Milli Qəhraman anasıyam"

    Muxalifet - 22-03-2015

  20. Azərbaycan üçün qorxunc statistika!

    Ölkədə hər il 8 min 400-dən çox insan siqaretin səbəb olduğu xəstəliklərdən ölür

    Muxalifet - 22-03-2015

Pages