Axtarış

The search found 105700 results in 0.08 seconds.

Search results

  1. Ramiz Mehdiyev hardadır?

    Bir neçə aydır ondan nə səs var, nə soraq. Son zamanlar o, dövlət əhəmiyyətli tədbirlərin heç birində rəsmi şəxslər arasında görünməyib, obyektivlərə tuş gəlməyib. Elə bu günlər Novruz şənliyində o yox idi.

    Və ya  götürək, eks-prezident Heydər Əliyevin vəfatının ildönümünü. Hər il onun vəfatının ildönümündə Ramiz Mehdiyev prezident İlham Əliyevlə bərabər Heydər Əliyevin məzarını ziyarət edən rəsmilər arasında olurdu. Təkcə 2014-cü ilin dekabrında Heydər Əliyevin məzarı başındakı dövlət rəsmiləri arasında Ramiz Mehdiyev gözə dəymədi.

    Muxalifet - 24-03-2015

  2. ABŞ Rusiyanı mühasirəyə alır

    ABŞ Rumıniya və Bolqarıstanda təlimlərə başlayıb

    Pentaqon başçısı Stiv Uorren Rumıniya və Bolqarıstanda ABŞ hərbi təlimlərinin başladığını elan edib.

    Bu barədə ABŞ müdafiə nazirliyinin rəsmi saytında xəbər verilib.

    Xəbərdə bildirilir ki, 173-cü hava-desant briqadasının əsgərləri rumın hərbiçiləri ilə birgə məşqlərin keçirilməsi üçün Smardan poliqonuna yerləşdiriliblər. Eyni vaxtda ABŞ-ın 7-ci ordusu Mixail Koqelniçanu aeradromunda quru əməliyyatı keçirəcək.

    Muxalifet - 25-03-2015

  3. Manatı nə gözləyir?

    Qubad İbadoğlu: "Hər şey neftin dünya bazar qiymətindən asılıdır"

    "Əgər neftin dünya bazar qiymətləri indiki səviyyədə və ya ondan aşağı olarsa, o halda manatın hətta ikinci devalvasiyası da mümkündür".

    Verilən məlumata görə, bunu iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, hər şey neftin dünya bazar qiymətindən, Azərbaycana daxil olan valyutanın səviyyəsindən asılıdır.

    Muxalifet - 25-03-2015

  4. Şeyx manatdan imtina etdi – HƏCCƏ GEDƏNLƏRDƏN DOLLAR TƏLƏB OLUNUR

    Azərbaycanda bu il Həcc ziyarəti üçün ödənişlər ABŞ dollarının kursuna uyğun aparılacaq.

    Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il zəvvarlardan ödənişlər dolların kursuna uyğun qəbul olunacaq. Buna səbəb son vaxtlar manatın məzənnəsində baş verən dəyişiklikdir.

    İdarədən bildirilib ki, manatla ödənişlər həmin günün kursuna uyğun olaraq dollar hesabı ilə götürüləcək.

    Muxalifet - 25-03-2015

  5. Qubad İbadoğlu: "Manatın ikinci devalvasiyası da mümkündür" - VİDEO

    Vaşinqtonda səfərdə olan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibədə manatın dəyər itirməsinin sadə insanların həyatına təsiri, manatın gələcəyi, etibarlılığı və ona təsir edən amillərdən danışıb. Cənab İbadoğlu istənilən halda manatın ucuzlaşmasının davam edəcəyini proqnozlaşdırdığını bildirib. Qubad İbadoğlu ilə müsahibəni təqdim edirik:

    Amerikanın Səsi: Qubad bəy, artıq manatın 34 faiz dəyər itirməsindən bir ay keçir. Bu, bir aylıq vaxt kəsiyini necə dəyərləndirərdiniz? Bunun sadə insanlara nə kimi təsiri oldu?

    Muxalifet - 25-03-2015

  6. 34 yaşlı qadın ərini oğlunun dostu ilə aldatdı (FOTO)

    Qadın 15 yaşlı oğlunun dostu ilə münasibətdə olduğunu etiraf edib

    Birləşmiş Krallıqda ailədaxili xoşagəlməz hadisə məhkəməyə qədər uzanıb.

    Verilən məlumata görə, Uelsdə yaşayan Kelli Riçerds adlı 34 yaşlı qadın azyaşlı oğlunun dostu ilə münasibətdə olduğu üçün cinayət məsuliyyətinə cəlb edilib. Bui barədə “The Mirror” qəzeti xəbər yayıb.

    Muxalifet - 25-03-2015

  7. Azərbaycan İsrailə cavab verdi

    "Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür, narahatlığa əsas yoxdur"

    "Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".

    Muxalifet - 25-03-2015

  8. Azərbaycanlı iş adamı "Latsio"ya 40 milyon təklif etdi

    İtaliyanın "Latsio" klubu azərbaycanlı iş adamı ilə sponsorluğa dair danışıqlar aparır.

    Sportnet.az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, söhbət yaxın 3 il ərzində Roma təmsilçisinin forma reklamından gedir.

    Azərbaycan tərəfinin "Latsio"ya bundan ötrü ümumilikdə 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. Lakin italiyalı həmkarlarımız həmin şəxsin adını açıqlamayıb. Klubun formaları üzərində "Land of Fire Azerbaijan" sözlərinin yazılacağı güman edilir. Hərçənd sponsorun yenə Hafiz Məmmədov olacağı göstərilmir.

    Muxalifet - 25-03-2015

  9. Dövlət Departamentinin məxfi çevriliş əməliyyatı...

    Benyamin Netanyahunu devirmək üçün qeyri-hökumət təşkilatı “One Voice”ə 350 min dollar göndərilib

    ABŞ Dövlət Departamenti İsraildə ötən həftə keçirilən növbədənkənar parlament seçkilərinin qalibi olan baş nazir Benyamin Netanyahunu devirmək üçün qeyri-hökumət təşkilatı “One Voice”ə 350 min dollar göndərib.

    Bu haqda Patrik Byukenen “The American Conservative” nəşrində dərc edilmiş məqaləsində yazır.

    Muxalifet - 25-03-2015

  10. Əməkdar artistin porno videosu yayıldı - FOTO

    Məşhur müğənni Natalya Korolyovanın yayılmış porno videoları Rusiya gündəmini dəyişib.

    ANS PRESS-in məlumatına görə, sözügedən seks-qalmaqalı gün ərzində ruslarn sosial şəbəkələrdə ən çox müzakirə etdiyi məsələ olub.

    41 yaşlı müğənninin şəxsi arxivindən onun intim foto və videoları oğurlanaraq sosial şəbəkələrə yerləşdirilib.

    Muxalifet - 25-03-2015

  11. 18 milyard sərvəti olan ərəb şeyxi Bakıya niyə gəlib?- FOTO

    Martın 23-dən etibarən Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Bakıda səfərdədir.

    Oxu.az xəbər verir ki, şahzadə tək gəlməyib onunla birgə 10-15 qohumu paytaxta səfər edib.

    İlk gün şahzadə Bakının görkəmli yerlərini ziyarət edib, şəkillər çəkdirib. Dubay şahzadəsi paytaxtın ən bahalı otellərindən birində gecələyib.

    Muxalifet - 26-03-2015

  12. Türkiyə-İŞİD müttəfiqliyi - TƏHLİL

    Bu günlərdə Türkiyə mətbuatı Suriya ilə sərhədi keçməyə hazırlaşan 40-dan çox potensial terrorçunun saxlanıldığı xəbərini yaydı. “İslam Dövləti”nə (İŞİD) qoşulmaq üçün yollananlar tam bir beynəlmiləl idi, aralarında bir azərbaycanlı da vardı. Sonuncusu artıq Bakıya ekstradisiya olunub.

    Muxalifet - 26-03-2015

  13. Azərbaycanlı bacı-qardaş Obamanı heyrətləndirdi – VIDEO, FOTO

    Amerika Birləşmiş Ştatlarında Şagirdlərin II Film Festivalı öz işini başa vurub.

    ANS PRESS-in məlumatına görə, Ağ Ev tərəfindən təşkil edilən festival, bu il “Cəmiyyətə qulluq və yardım” devizi altında keçirilib.

    Muxalifet - 26-03-2015

  14. Dubay şahzadəsi Hacıqabulda ov edir - FOTOLAR

    Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid martın 23-dən Azərbaycanda səfərdədir.

    Əshabələri ilə Bakının görməli yerlərini gəzən şeyx martın 24-də paytaxtdan Hacıqabul rayonuna ova gedib.

    Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ərəb zənginləri Hacıqabulun Qarasu və Muğan kəndlərində şahin  və bəzgək quşları ovlayırlar. Daha dəqiq desək, onlar bu gündən ova çıxacaqlar. Hacıqabuldakı mənbələrdən əldə etdiyimiz məlumata görə, ov hazırlıqları artıq başa çatıb.

    Muxalifet - 26-03-2015

  15. Tiflisdə Saakaşvili tərəfdarları hökumətin istefasını tələb edir

    Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin jurnalistlərlə "Holiday İnn" hotelində keçirdiyi görüş zamanı binanın qarşısında bir qrup gənc tərəfindən etiraz aksiyası keçirilib.

    APA-nın məlumatına görə, aksiya sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları olan "Azad Zona" təşkilatının üzvləri tərəfindən təşkil edilib.

    Muxalifet - 26-03-2015

  16. Azərbaycanlı siyasi məhbusa və ailəsinə qarşı işgəncələr davam edir

    İranda azərbaycanlı siyasi məhbus, tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun özü və ailəsinə təzyiqlər davam edir.

    4 ay öncə məcburi şəkildə Tehranda Zəncan həbsxanasına köçürülən azərbaycanlı siyasi məhbusun vəziyyəti daha da ağırlaşıb.

    Muxalifet - 26-03-2015

  17. Bakı sakini işığını kəsən mühəndisin ayaqlarını doğradı

    Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bakıda ev sahibinin işıq borcu onun daha bir cinayətə əl atmasına səbəb olub.

    Sabunçu sakini borcu olduğuna görə işığını kəsmək istəyən mühəndisin ayaqlarını doğrayıb.

    Sabunçu qəsəbəsi Natavan küçəsində elektrik enerjisinə borcu olduğu üçün rayon Elektrik Şöbəsinin mühəndisi, 1980-ci il təvəllüdlü Teymur Dadaşov  tərəfindən enerjisi dayandırılan zaman Tengiz adlı şəxs onun hər iki ayağından kəsici alətlə vurub. Mühəndis yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib(qafqazinfo).

    Muxalifet - 26-03-2015

  18. "Qarabağ”ın futbolçusu: "Dedilər ki, Ermənistana uduzsan, geri qayıtma"

    "Azarkeşlərimizi yaxşı nəticələrlə sevindirmək istəyirik. Doğma meydanda ancaq qələbə haqda düşünürük. Rəqibin oyunlarına baxmışıq. Necə oynadıqlarını bilirik. Erməniləri məyus yola salmaq üçün əlimizdən gələni edəcəyik".

    bu sözləri Ermənistanla oyuna hazırlaşan Albaniya millisinin düşərgəsində olan "Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

    Muxalifet - 26-03-2015

  19. Prezident Administrasiyası qarşısında etiraz aksiyası

    Erməni anaları: "Ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur"

    Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.

    Muxalifet - 26-03-2015

  20. Putin: "Qərb Rusiyadakı seçkilərə görə tədbirlər planlaşdırır"

    Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrini 2018-ci il prezident seçkisi də daxil olmaqla yaxın bir neçə ildə ölkədə keçiriləcək seçkiləri pozmaq üçün sövdələşmədə günahlandırıb.

    Putin martın 26-da Federal Təhlükəsizlik Xidmətinin yüksək rütbəli məmurları ilə görüşdə deyib ki, Qərbin xüsusi xidmətləri 2016-2018-ci illər seçkiləri ərəfəsində bir sıra tədbirlər planlaşdırırlar.

    Muxalifet - 26-03-2015

Pages