Axtarış
The search found 105849 results in 0.127 seconds.
Search results
ABŞ bildirir ki, Rusiyanın hərbi texnikası dağılır
"Rusiya hərbi texnikaları tökülüb-dağılır, çünki müasir Rusiyanın yeni avadanlıq almaq üçün vəsaiti yoxdur və keçmişdən qalmış Sovet texnikasını yaxşı vəziyyətdə saxlamaq üçün maliyyə yox idi". ABŞ-ın "Popular Mechanics" nəşri qeyd edir ki, 2019-cu ildə bir neçə insident- əsasən də strateji bombardmançı Tu-22M3-ün qəza enişi, Rusiaynın təmirdə olan yeganə təyyarədaşıyan gəmisi Admiral Kuznetsovda yanğın, Krımda istismara yararsız PD-16 batması, AS-31 "Loşarik" nüvə sualtı stansiyasının qəzası və Murmansk bölgəsində Tu-22M3 qəzaları baş verdi.
Muxalifet3 - 21-12-2019
Bələdiyyə seçkiləri: partiyalar 14,5 min namizəd irəli sürüb
Sabah bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.
Qanuna əsasən təşviqat kampaniyası seçkilərə 23 gün qalmış başlanır və bir sutka qalmış dayandırılır. MSK-nın rəsmi saytı xəbər verir ki, seçkilərdə iştirak etmək üçün 41 841 nəfər müraciət edib. Onlardan 22 529 nəfərin namizədliyi qeydə alınıb.
Qurumdan bildirilib ki, 27 249 nəfər fərdi qaydada müraciət edib. Habelə, 14 564 nəfərin namizədliyi siyasi partiyalar, 28 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.Muxalifet3 - 21-12-2019
Parlament seçkilərində iştirak edəcək partiyaların sayı 19-a çatdı
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 19-a çatıb.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha dörd partiyanın – Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.Muxalifet3 - 21-12-2019
Ərdoğan Kuala- Lumpurda təklif etdi: DOLLARIN BELİ QIRILACAQ...-Detallar
Türkiyə prezidenti Kuala Lumpurda İslam ölkələrinin zirvə toplantısında milli valyutalarla ticarətin əhəmiyyətinə diqqət çəkdi. Nəşrin yazdığına görə, ABŞ-ın dolları silah kimi istifadəsi dünyanı hərəkətə gətirdi. S-400 Hindistana tədarük müqaviləsinin rublla imzalandığı qeyd olunur. Ərdoğanın təşəbbüsü dolları ucuzlaşdıra bilərmi? Muxlifet.az bu barədə "inosmi.ru"-ya istinadla xəbər verir. Ticarət tərəfdaşlarına təzyiq göstərmək üçün ABŞ dolları silahının istifadəsi dünyanı hərəkətə gətirdi.
Muxalifet3 - 21-12-2019
Rusiyanın ən məxfi hərbi təyyarəsi Suriya səmalarında göründü - HAVADAN ZƏRBƏ, YOXSA...
Suriyanın hava məkanında Rusiyanın ən məxfi hərbi təyyarələrindən biri görünüb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ərəb respublikasının səmalarında Tu-214PY-SBUS təyyarəsinin uçuşları qeydə alınıb. Bu təyyarə hava komanda məntəqəsi rolunu oynayır və hazırda Rusiyanın silahlanmasında cəmi bir neçə belə təyyarə var. İndkiyə kimi onun imkanları və texniki xarakteristikaları açıqlanmır, məxfi saxlanılır. Hərçənd məlumdur ki, Tu-214PY-SBUS xüsusi təyinatlı təyyarədir.
Muxalifet4 - 21-12-2019
Feysbuk Gürcüstanda yüzminlərlə profili sildi - SİYASİ PARTİYALARA ZƏRBƏ...
Feysbuk yeni qaydalara uyğun olaraq gürcülərə məxsus 418 böyük səhifəni və 442,3 min hesabı silib. Publika.az xəbər verir ki, bu barədə Feysbukun kibertəhlükəsizlik siyasətinin rəhbəri Nataniel Qleyxer deyib. Onun sözlərinə görə, bu səhifələr xəbər agentlikləri kimi qeydiyyatdan keçsə də, siyasi partiya və ictimai şəxsləri təbliğ edirdi. “Səhifə adminləri və profil sahibləri bir qayda olaraq seçkiləri və hökuməti təbliğ, müxalifət və fəalları tənqid edən yerli xəbərləri paylaşırdılar”. – o bildirib.
Muxalifet4 - 21-12-2019
Vanqanın 2020-ci il PROQNOZU: Dəhşətli sunami, güclü zəlzələ, Putinə sui-qəsd
Qarşıdan 2020-ci il gəlir və dünyaca məşhur baxıcı Vanqanın bu illə bağlı nələr dediyi hamını maraqlandırır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası məşhur baxıcının 2020-ci illə bağlı verdiyi proqnozları yayıb. 2020-ci illə bağlı verdiyi proqnozlarında Vanqa bildirib ki, bu il Alyaska, Yaponiya, Çin və Pakistanda dəhşətli sunami baş verəcək. Bu hadisə böyük itki və dağıntılara səbəb olacaq. Daha sonra isə Asiyanın bu bölgəsini Rixter cədvəli üzrə 8 bala qədər zəlzələ gözləyir.
Muxalifet4 - 21-12-2019
ABŞ Liviyaya dair açıqlama verdi
ABŞ rəsmisi Vaşinqton administrasiyasının BMT-nin də qəbul etdiyi Liviya Milli Saziş Hökumətini tanıdığını, lakin bitərəf olduğunu söylədi.
“Reuters”ə müsahibə verən ABŞ rəsmisi Vaqner rus muzdlu ordusunun meydanda olması ilə döyüşlərin daha da qanlı hal aldığını bildirdi.
Rəsmi həmçinin, Rusiyanın köməyi ilə hərəkət edən general Haftarın artan hücumlarından narahat olduğunu bildirərək iki tərəfəi gərginliyi azaltmağa çağırıb.
Muxalifet.azMuxalifet3 - 21-12-2019
Türkiyə sərhədinə ballistik raket atıldı
Suriyanın Türkiyə ilə sərhədi yaxınlığına ballistik raket atılıb.
Axar.az xəbər verir ki, ballistik raketin Türkiyənin Hatay şəhərinin Reyhanlı mahalının qarşısındakı, İdlib şəhərinin dağlıq ərazisinə düşüb.
Raketin İdlibin Turlaha kəndində atıldığı ehtimal edilir. Ballistik raketin kim tərəfindən atıldığı hələlik məlum deyil.
Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Muxalifet4 - 21-12-2019
Azərbaycanda dəhşətli qəza - Bir ailənin 2 üzvü öldü, xəsarət alanlar var
Salyanda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub. "Report" xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Noxudlu kəndi ərazisində qeydə alınıb. Həmin ərazidə baş verən yol qəzasında bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Muxalifet4 - 21-12-2019
ABŞ Rusiya üçün hava-su kimi vacib olan "Şimal Axını-2"-nin tikintisini dayandırdı
“Şimal Axını 2” qaz boru kəmərinin çəkilişi ilə məşğul olan “Allseas” İsveçrə-Hollandiya şirkəti, ABŞ-ın sanksiyaları səbəbindən layihə üzərində işləri dayandırdı. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla bildirir. ABŞ Maliyyə Nazirliyi, "Şimal axını 2" və "Türk axını" boru kəmərlərinə qarşı Vaşinqtonun sanksiyalarının qüvvəyə mindiyini və tikinti şirkətlərindən dərhal tikintini dayandırmasını tələb etdiyini söylədi.
Muxalifet3 - 21-12-2019
Britaniyada gözəllik kraliçası həbs olundu - İŞİD-ə maliyyə yardımı göstərib
“Uzun müddət cihad döyüşçüsü ilə evlənmək xəyalı ilə yaşadım” Britaniyanın “The İndependent” qəzeti yazır ki, keçmiş gözəllik kraliçası Suriyadakı İslamçı döyüşçülərə 35 funt sterlinq (45 dollar) göndərdiyinə görə həbs olunub. O, beynəlxalq terrorizmi maliyyələşdirməkdə suçlu bilinib. 21 yaşlı Amaani Noor İnternet üzərindən bir İŞİD döyüşçü ilə evləndiyini də etiraf edib. Tezliklə hələ üzünü görmədiyi döyüşçüyə qovuşmaq üçün döyüş bölgəsinə getməyi planlaşdırıbmış. Ancaq həbs onun arzusunu gözündə qoyub.
Muxalifet4 - 21-12-2019
Sürücü gənc qızı intihar etməyə qoymadı - FOTO
Körpünün altında dayanan yük maşını faciənin qarşısını aldı Britaniyanın “Daily Mirror” qəzeti Dublin şosesində baş verən və insanları gərginlik içində saxlayan bir olaydan söhbət açıb. Hadisə isə belə baş verib. Şose yolu üzərindəki körpüyə qalxan gənc qız özünü oradan aşağı atmaq istəyib. Şose yolunda isə avtomobillər yüksək sürətlə hərəkət edir. Real ölümlə üz-üzə qalan qızın istəyi baş tutmayıb. Belə ki, körpüdən özünü atmaq istəyən qızı görən yük maşını sürücüsü prosesi dayandırmaq üçün düşünülmüş addım atıb və yük maşınını körpünün altında saxlayıb.
Muxalifet4 - 21-12-2019
Beynəlxalq şirkət "Hafka"dan milyonlarla dollar borcunu tələb edir - "Pulun yoxdursa, neft qazma qurğularını ver!"
Beynəlxalq şirkət “Bakı”nın prezidenti Hafiz Məmmədovun borcunun qarşılığında ona məxsus neft qazma qurğularını istəyir. Muxalifet.az xəbər verir ki, Cənubi Koreyanın “Posco Daewoo Corporation” şirkəti 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “City Bus” MMC-yə, “Logestics Group” MMC-yə, “Baghlan Group” FZCO (Azad Zona Şirkətinin) Azərbaycan filialına və “Petroleum Services Group SA” şirkətinin Azərbaycan filialına qarşı iddia qaldırıb.
Muxalifet4 - 21-12-2019
İcra başçısı illərdir qapısı döyülməyən qazini ziyarət etdi - FOTO
Ağstafa rayon icra başçısının həbsindən sonra digər icra başçıları xalqa xidmət etmək üstündə sanki yarışa çıxıblar. Onlar son günlər çəkdirdikləri fotolar ilə gündəm olublar. Muxalifet.az xəbər verir ki, bu günə kimi vətəndaşlarla foto çəkdirməyən icra başçıları artıq vətəndaşların qonağı olub onlarla xatirə şəkili çəkdirir. Gündəmin növbəti fotoları Ağdam rayon icra başçısı Vaqif Həsənova məxsusdur. Vaqif Həsənov qazilərimizdən birinin qonağı olub. Və çəkdirdiyi fotonu Ağdam rayon icra hakimiyyətinin rəsmi “Facebook” səhifəsində yerləşdirib.
Muxalifet4 - 21-12-2019
Oqtay Şirəliyev baş həkimi işdən azad etdi
Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi olub.
Muxalifet.az xəbər verir ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əsədov Aydın Qoşunəli oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə Vidadi Rəhimov təyinat alıb. Yeni baş həkim bu gün kollektivə təqdim olunub.
Qeyd edək ki, V.Rəhimov bu təyinatadək İsmayıllı rayon uşaq poliklinikasının baş həkimi işləyib. (Azvision.az)
Muxalifet4 - 21-12-2019
YAP 45 dairədə başqa namizədləri dəstəkləyəcək - SİYAHI HAZIRDIR
Bələdiyyə seçkilərindən dərhal sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərini elan edəcək. Muxalifet.az xəbər verir ki, etibarlı mənbədən AzPolitika.info-ya daxil olan məlumata görə, artıq hakim partiyanın siyahısı hazırdır. Uzun və gərgin müzakirələrdən sonra keçmiş deputatlardan, yeni simalardan ibarət adlar rəhbərliyə təqdim olunub. Mənbə bildirib ki, YAP-ı parlamentdə təmsil edən yaşlı nəslin əksər nümayəndələri Naxçıvandan seçilən deputatlar istisna olmaqla siyahıya salınmayıb. Bu barədə onların özləri ilə də müvafiq söhbətlər aparılıb.
Muxalifet4 - 21-12-2019
“Hakimə dedim ki, 1 həftə vaxt verin, tamaşamı oynayım” - Həbs edilən aktyor / VİDEO
ARB-nin "Rezonans" verilişi 6 il həbs cəzası almış Atakişi Musayev adlı aktyorla həmsöhbət olub. "Yeni Sabah" xəbər verir ki, idarə etdiyi avtomobildə qəza törətdiyi üçün azadlıqdan məhrum edilən məhkum Xocalı soyqırımının ildönümü öncəsi həbs olunduğunu deyir: "Hakimə dedim ki, heç olmasa 1 həftə vaxt verin, tamaşamı oynayım. Razı olmadılar". Atakişi Şabran şəhərindəki Mədəniyyət evində aktyor kimi fəaliyyət göstərib. Molla Nəsrəddin, Qazan xan, Şəhid ata, Kosa və bir çox obrazlar yaradıb. Bir neçə yaradıcılıq dərnəyi yaradıb. Uşaqlarla işləyib. Bir neçə musiqi alətində ifa edə bilir.
Muxalifet4 - 21-12-2019
Rusiya Ermənistana “Tor” zenit-raket kompleksləri verdi - SU-30SM QIRICILARININ ARDINCA / FOTO
Ermənistan ordusunun silahlanmasına Rusiya istehsalı olan ən yeni “Tor-M2KM” zenit-raket kompleksləri daxil olub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda baş nazir Nikol Paşinyan özünün Facebook səhifəsində açıqlayıb. Daha sonra Paşinyan hərbi hissələrdən birində “Tor-M2KM” kompleksləri də daxil olmaqla bəzi yeni hərbi texnikanın silahlanmaya qəbul edilməsində iştirak edib. “Ermənistan silahlı qüvvələri Rusiya istehsalı olan ən yeni hava hücumundan və raketdən müdafiə sistemləri ilə silahlandı. Silah 2019-cu ildə buraxılıb.
Muxalifet4 - 21-12-2019
DƏHŞƏTLİ ZƏLZƏLƏ - Çox sayda ölən var
Filippində 6,8 bal gücündə zəlzələ olub. Publika.az xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Yeraltı təkanların episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, ocağı isə 28,2 kilometr dərinlikdə yerləşib.
Muxalifet4 - 21-12-2019