Axtarış

The search found 105849 results in 0.028 seconds.

Search results

  1. Fransa hökuməti və həmkarlar təşkilatları arasında pensiya islahatları mövzusunda qarşıdurma

    Fransa hökuməti və ölkədəki həmkarlar təşkilatlarının rəhbərləri yeni pensiya islahatları layihəsi ilə bağlı müzakirələr aparıblar. Muxalifet.az xəbər verir ki, müzakirələrdən sonra Baş Nazir Eduard Filip hökumətin xüsusi pensiya sisteminin ləğvi məsələsinin müzakirə mövzusu olmayacağını bir daha bəyan edib. Bildirib ki, hökumət pensiya yaşı ilə bağlı danışıqlara hər zaman açıqdır. Hökumət pensiya islahatları ilə əlaqədar dörd məsələ ilə bağlı (peşə riskləri, minimum əməkhaqqı, yeni sistemə keçid və karyeranın sonu) müzakirələrə açıq olduğunu bildirib.

    Muxalifet3 - 20-12-2019

  2. ATƏT həmsədrlərinin Qarabağ münaqişəsinə ədalət yox, "maraqlar" pəncərəsindən baxması - bizə təslimçiliyi sırımaq xətti

    İşğalçı Ermənistana üç həmsədr dövlətin yanaşması bu il də dəyişməz qaldı; Rusiya, ABŞ və Fransa səs verdikləri BMT qətnamələrini niyə unudub? Alman siyasətçi: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir...”

    Muxalifet3 - 20-12-2019

  3. Zəlimxan Yaqubun oğlu yüksək vəzifəyə təyin edildi

    Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib. Belə ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib.

    Muxalifet4 - 20-12-2019

  4. İşdən çıxarılandan 50 gün sonra həbs edilən icra başçısı - DOSYE

    Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatla Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi barədə məlumat vermişdik.

    Muxalifet4 - 20-12-2019

  5. Feysbukda SKANDAL: 267 milyon istifadəçinin şəxsi məlumatları oğurlandı

    Feysbuk sosial şəbəkəsinin 267 milyon 140 min 436 istifadəçisinin şəxsi məlumatları 2 həftə ərzində internetə sızıb. “Comparitech” xəbər verir ki, problemin şirkət tərəfindən tapılıb bilgilərin silindiyi bildirilsə də, mütəxəssislər istifadəçi məlumatlarının kopyalanmış ola biləcəyini deyir. Qeyd edək ki, bu, Feysbukda yaranan ilk belə problem deyil. 2018-ci ildə “Cambridge Analytica” firmasının 400 milyondan çox üzvünün şəxsi bilgiləri icazəsiz şəkildə istifadə edilmiş, olayın ortaya çıxması böyük mübahisəyə səbəb olmuşdu.

    Muxalifet4 - 20-12-2019

  6. Azərbaycanlı oliqarx Fərhad Əhmədov indi də müxalifəti pislədi - REAKSIYA

    Rusiyalı milyarder Fərhad Əhmədov yenidən öz sosial media hesabından Azərbaycandakı vəziyyətə dair fikirlərini yazıb. Contact.az xəbər verir ki, milyarder bu dəfə yazıb ki, Azərbaycanda radikal yox, konstruktiv müxalifət olmalıdır. F.Əhmədov indiki müxalifəti müxalifət hesab etmir: “Ölkədə islahatlar başlayıb, amma onlar insanları küçələrə çağırırlar. Niyə çağırırlar? Axı onların nə liderləri var, nə proqramları, nə konstruktiv fikirləri, nə də ideoloji platformaları”.

    Muxalifet4 - 20-12-2019

  7. Müğənni qızı ilə eşq, bahalı “Ferrari”, 500 min manatlıq qalmaqal... – HƏBS OLUNAN BAŞÇIYLA BAĞLI YENİ MƏLUMAT

    Ötən gün Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla Lalə Eyyubovanın həbs edilməsindən sonra ortaya olduqca maraqlı məlumatlar meyadana çıxıb. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı ilə bağlı araşdırmalara hələ bir xeyli müddətmiş başlanılıbmış. Belə ki, təkcə, Nizaməddin Quliyevlə bağlı deyil, daha bir neçə icra başçısı da araşdırmaların diqqət mərkəzinə düşüb. Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun həbsi də bunu deməyə əsas verir. İcra başçısı niyə həbs olundu?

    Muxalifet4 - 20-12-2019

  8. "Müəllimlərə də telefon qadağası qoyulmalıdır" - Deputatın təklifinə dəstək

    "Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də telefondan istifadəsinə məhdudiyyət qoymaq lazımdır" “Dərslərdə hamı telefonla oynayır. Bu, əxlaqsızlıqdır. Ona görə də mən həmişə deyirəm, yazıq nalar… ” Ötən gün Milli Məclisin deputatı Elxan Süleymanovun səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmayıb. Elxan Süleymanov orta məktəblərdə şagirdlərin “İphone” işlətməsinin qadağan edilməsini təklif edib. Tez-tez şagirdlərin məktəbə telefon gətirilməsinin qadağan olunması məsələsi gündəmə gəlsə də, hələlik bununla bağlı ciddi tədbirlər görülməyib.

    Muxalifet4 - 20-12-2019

  9. İcra başçısı vəzifəsindən azad olundu - SƏRƏNCAM

    Prezident İlham Əliyev N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

    Muxalifet4 - 20-12-2019

  10. İcra başçısının xanım müavini həbs olunmayıb? - "HAZIRDA İCLASDA İŞTİRAK EDİR"

    Dünən başçısı həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətində məlum səbəblərdən hazırda ümumi iclas keçirilir. İclasda icra başçısı və birinci müavinlə birgə həbs edildiyi deyilən başçının digər müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova da iştirak edir. Muxalifet.az xəbər verir ki, bu barədə axar.az-a Ağstafa Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, hələlik rayon icra başçısı vəzifəsini icra edən təyin edilməyib.

    Muxalifet4 - 20-12-2019

  11. İlham Əliyevlə Paşinyan bu gün görüşəcək?

    Sankt-Peterburqda Nikol Paşinyanla İlham Əliyevin görüşü planlaşdırılmayıb. Axar.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Vladimir Karapetyan deyib. O, tərəflər arasında görüşün olmayacağını, amma liderlərin rəsmi şam yeməyinə qatılacağını söyləyib. Qeyd edək ki, bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

    Muxalifet4 - 20-12-2019

  12. Putin Belarusiyada Krım ssenarisini işə salacaq

    Andrey Sannikov çox sayda belarusların Putin və Lukaşenkonun, Belarusiya - Rusiya inteqrasiyasına dair danışıqlarının növbəti mərhələsinin uğursuz olduğu barədə danışdığını deyir. Onlar bildirirlər ki, bu baş tutmamalıdır: “Belarusun “Krım ssenarisi ilə Rusiya tərəfindən udulması real olaraq qalır”.
    Muxalifet.az 
    bu barədə politoloq Pol Qobla istinadla xəbər verir.

    Muxalifet3 - 20-12-2019

  13. Quliyevin yüksək vəzifədə işləyən övladları - Qalmaqallı videodakı oğlu....

    Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin ailə üzvləri də vəzifəli şəxslərdir.

    Muxalifet3 - 20-12-2019

  14. “Cəfər Cəfərovun cinayət xarakterli əməlləri Əli Həsənov tərəfindən ört-basdır edilirdi” – ADPU ƏMƏKDAŞLARINDAN PREZİDENTƏ ŞOK MÜRACİƏT

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şiklayətçilərin AÇIQ MƏKTUB-unu olduğu kimi dərc edirik: “Möhtərəm Prezident! Çox hörmətli Mehriban xanım! Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır.

    Muxalifet4 - 20-12-2019

  15. Səfər Mehdiyev: 500 milyon dollarlıq qaçaqmalçılığın qarşısı alınıb

    "Son iki ildə Dövlət Gömrük Komitəsində institusional islahatların fəaliyyət dairəsi genişləndirilib".
    Muxalifet.az xəbər verir ki, bunu Bakıda keçirilən "Xarici ticarət iştirakçılarının II Respublika Forumu"nda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

    Muxalifet3 - 20-12-2019

  16. "Ölkədəki dəyişiklikləri dayandırmaq üçün bütün yollara əl atacaqlar" - ASLAN İSMAYILOV

    “Hakimiyyətin son bir ili atdığı müsbət addımları dəstəklədiyimə görə məni topa tutanlara bir daha deyirəm ki, ölkədə olan qanunsuzluqları çoxlarından yaxşı bilirəm və uzun illərdir bu barədə yeri gəlsə hamıdan çox yazıram”. Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov icra başçılarının həbsinə münasibət bildirərkən deyib. O, bildirib ki, uzun illərdir oturuşmuş sistemi qısa zamanda dəyişmək mümkün deyil, buna vaxt və ilk növbədə ictimai dəstək lazımdır.

    Muxalifet4 - 20-12-2019

  17. ABŞ-dan Rusiya və Azərbaycana sanksiya təhdidi

    Vaşinqton İrana qarşı üçüncü ölkələr üçün tətbiq olunan sanksiyalardan istisna etmir və ABŞ tərəfinin qadağan etdiyi hər hansı bir fəaliyyət halında onları tətbiq edəcək. Muxalifet.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk xarici mətbuat üçün brifinqdə deyib. "Biz sanksiyalara məruz qalan hər hansı bir fəaliyyətə qarşı sanksiya tətbiq edirik.

    Muxalifet3 - 20-12-2019

  18. Yaqub Eyyubovun saxlanıldığı deyilən qardaşı nəvəsi DANIŞDI

    Ağstafa rayon icra başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Muxalifet.az bildirir ki, Lalə Eyyubova Unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mənim baş verən prosseslərlə heç bir bağlılığım yoxdur. Nə istintaqa çağırılmışam, nə də ki, həbs olunmuşam. Mən işimin başındayam. Hazırda başçının müavini vəzifəsini icra edirəm”. Qeyd edək ki, Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir.

    Muxalifet4 - 20-12-2019

  19. Xanım jurnalist Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi - VİDEO

    Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

    Muxalifet.az demokrat.az-a istinadən xəbər verir ki, A.Elgünəş nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib.

    O bildirib ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla danışmaq mümkünsüz hala çevrilib: 

    “O, yalnız bir neçə jurnalistlə işləyir, xəbərləri onlara göndərir. İki dəfədən artıq zəng edəndə, “blok”a atır”.

     

    Muxalifet4 - 20-12-2019

  20. İcra başçısı küçədə vətəndaşın əlini öpdü - FOTO

    Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkib. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, görüş zamanı icra başçısı şəhid ailəsinin problemləri ilə maraqlanıb. Alimpaşa Məmmədovun şəhid anasının əlini öpməsi diqqətlərdən qaçmayıb. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müzakirələrdə Ağstafanın və Yevlaxın sabiq icra başçılarına qarşı görülən sərt tədbirlərdən sonra yerli məmurların qorxuya düşdüyü vurğulanır...

    Muxalifet4 - 20-12-2019

Pages